Direktor haqqında
Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Cəlilabad filialının direktoru
Bioqrafik məlumat
1964-cü ildə Yardımlı rayon Çanaxbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1971- ci ildə Çanaxbulaq kənd ümumiorta məktəbinin birinci sinifinə daxil olmuş və 1981-ci ildə Bərcan kənd tam orta məktəbini bitirmişdir. 1981-ci ildə AAU-nun iqtisadiyyat fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin Universiteti bitirmişdir. 1985-ci ildə Cəlilabad şəhərində əmək fəaliyyətinə başlamışdır. 100-dən artıq elmi-metodik məqalə, 2 metodik tövsiyə, 1 metodik vəsat və 6 kitabın müəllifidir. YAP-ın Cəlilabad rayon təşkilatı idarə heyətinin üzvü, rayon Ağsaqqallar Şurasının üzvüdür. 3 övladı və 6 nəvəsi vardır.
Təhsili, elmi dərəcəsi, elmi adı və təltifləri
2008-ci ildə aqrar elmlər üzrə fəlsəfə doktorudur
2009-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilmişdir.
2011-ci ildən dosentdir.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə tərtif edilmişdir.
2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif olunmuşdur.
2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021) Azərbaycan Respublikasının Yubley medalı ilə təltif edilmişdir.
“Tələbə şəxsiyyətinin formalaşdırılmasında ekoloji təhsil və tərbiyə üzrə işin sistemi” mövzusunda doktorluq işi müdafiə üçün tam hazırdır. Yerli icra orqanları və YAP tərəfindən müvafiq illərdə 12 dəfə fəxri fərmanla təltif edilmişdir.
Ehtiyatda olan zabit
Vəzifələr
Əmək fəaliyyəti
1985-ci ildən R.Axundov adına Cəlilabad sovxoz-texnikumunda mühasib
1985-1987-ci illərdə hərbi xidmətdə
1987-ci ildə R.Axundov adına Cəlilabad sovxoz-texnikumunda müəllim
1991-ci ildə R.Axundov adına Cəlilabad sovxoz-texnikumun bazasında yaranmış Cəlilabad kənd təsərrüfatı texnikumunda müəllim
1996-cı ildə Cəlilabad kənd təsərrüfatı texnikumunda tədris işləri üzrə direktor müavini
2000-ci ildə Cəlilabad kənd təsərrüfatı texnikumunun bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında tədris işləri üzrə direktor müavini
2008-ci ildən AMİ-nin Cəlilabad filialına tədris və elmi işlər üzrə direktor müavini
2011-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialının direktoru
2011-ci ildən “Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrası”nın dosentidir
2016-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı hesab edildiyi üçün ADPU Cəlilabad filialının direktorudur
Apardığı dərslər
Ekologiya və təbiətin mühafizəsi