Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında Tələbə Elmi Cəmiyyəti (TEC) Azərbaycan Müəllimlər İnstitutunun Elmi Şurasının 29 oktyabr 2005-ci il tarixli qərarı ilə yaradılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir. Tələbə Elmi Cəmiyyətinin yaradılmasında həm tələbələrin təşəbbüsü, onların fəal vətəndaş mövqeyi və elmə marağı, həm də bu cür tələbə birliyinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradan universitet rəhbərliyi əhəmiyyətli rol oynamışdır.
Filialda elmi tədqiqat işi fasiləsiz və sistemli şəkildə təşkil edilir. Tələbələrin məqalə, məruzə və tezislərinin hazırlanması, eləcə də filialın, ADPU-nun və digər müəssisələrin konfrans, elmi seminar, olimpiada və müxtəlif səpgili müsabiqələrində iştirakı təmin edilir. Bununla yanaşı, tədris ilinin əvvəlində elmi tədqiqat işi aparan tələbəyə elmi rəhbər təyin edilir və mütəmadi olaraq, kafedralarda müzakirələri təşkil edilir.
TEC sədri hər il tədris ilinin filialın Elmi Şurası qarşısında hesabat verir.
Filialın TEC-i digər ali təhsil müəssisələrinin təşkil etdiyi TEC konfranslarında iştirak edir.
Elmi tədqiqat işi aparan bir çox tələbələrin məqalələri keçirilən konfransların materiallarında nəşr edilir.