Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı haqqında

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı (keçmiş Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı) ümummilli liderimiz Heydər Əliyevin  “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi” haqqında 13 iyun 2000-ci il tarixli 349 nömrəli fərmanı ilə yaradılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı hazırda ölkə və region üçün siyasi, sosial, iqtisadi və strateji əhəmiyyətə malik olan elm, təhsil, mədəniyyət və intelekt mərkəzinə çevrilmişdir. Filial 2000/2001-ci tədris ilində 7 nəfər tələbə 11 nəfər müəllimlə fəaliyyətə başlamışdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında qeyd olunan 5 ixtisas üzrə 48 rayondan 571 nəfər tələbə təhsil alır.

  1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  2. Tarix və coğrafiya müəllimliyi
  3. İbtidai sinif müəllimliyi
  4. Məktəbəqədər təhsil
  5. Təhsildə sosial-psixoloji xidmət

Tələbələrin 70%-i qızlardır. Regionda ali təhsilin əlçatanlığı tamamilə təmin olunmuş, müxtəlif ixtisaslar üzrə müəllim çatışmazlığı aradan qaldırılmaqdadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında sağlam təhsil mühiti formalaşmışdır.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun Regional İnkişaf   İctimai Birliyinin “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Filialda Regional İnklüziv Resurs Mərkəzi yaradılmışdır.

Filialda tələbələrin ictimai fəallığını təmin edən Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı fəaliyyət göstərir.

Filialda aşağıda göstərilən struktur bölmələri mövcuddur.

– Pedaqoji fakültə – 1

– Kafedra – 2

– Şöbə – 6

– Komputer mərkəzi – 2

– İnklüziv Resurs Mərkəzi – 1

– Kitabxana – 1

– Oxu zalı – 1

– Böyük akt zalı – 1

– Kiçik akt zalı – 1

– Tibb otağı – 1

Tələbələrin asudə vaxtlarının səmərəli keçrilməsi üçün filialın 1,5 ha ərazisində bağ və istirahət zonası salınmış, futbol, voleybol, basketbol, minifutbol meydançaları onların  istifadəsinə verilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə aşağıda göstərilən tərkibdə müvafiq ixtisaslar üzrə professor-müəllim heyəti məşğuldur.

– Elmlər doktoru, professor – 2 nəfər

– Fəlsəfə doktoru, dosent, – 2 nəfər

– Fəlsəfə doktoru – 7 nəfər

– Baş müəllim – 24 nəfər

– Magistr – 19 nəfər

– Respublikanın əməkdar müəllimi – 2 nəfər

– Tərəqqi medalı ilə təltif olunan – 5 nəfər

– Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunan – 5 nəfər

Hazırda filial əməkdaşlarından müvafiq ixtisaslar üzrə

– Elmlər doktoru proqramı üzrə təhsilalanlar – 4 nəfər

– Fəlsəfə doktoru proqramı üzrə təhsilalanlar – 9 nəfər

4 nəfər əməkdaşımızın mart-aprel ayında dissertasiyasının müdafiyəsi nəzərdə tutulmuşdur.

Bu da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında elmi potensialın formalaşdırılmasından xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı qısa bir zamanda əksəriyyətin istinad edəcəyi elm, təhsil, mədəniyyət və idioloji bir mərkəzə çevrilmişdir. Filial gənclərin tərbiyəsində, gender problemlərin həllində, erkən nigahların qarşısının alınmasında, qızların ali təhsilə cəlb olunmasında, gənclərin qeyri dünyəvi qurumların təsirinə düşməməsində, gənclərdə qlobal dünyagörüşünün formalaşmasında, gənclərin zərərli vərdişlərdən çəkinməsində, ayrı-ayrı dini cərəyanların təsirinə düşməməsindən mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı -2030 Strateji İnkişaf Planı müasir dövrün tələblərinə uyğun çevik idarəetmə sisteminə malik, keyfiyyətli təhsil və təlim mühiti ilə fərqlənən ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyir. Məqsədimiz Müstəqil Azərbaycan Respublikası üçün yüksək intelektə malik, zəngin mənəviyyatlı və sağlam düşüncəli, vətənpərvər gənclərin yetişdirilməsidir.

Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialının fəaliyyəti haqqında