Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı Tələbə Gənclər Təşkilatı 2005-ci ildən fəaliyyətə başlamışdır. Təşkikatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatımızın əsas vəzifələri aşağıdakılardır:

– tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;

– tələbələr arasında maarifləndirmə işinin aparılması;

– tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

– tələbələrin hüquqlarının təmin edilməsi;

– tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, toplantıların, sərgilərin, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;

– tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün klubların, kursların, xidmətlərin təşkil edilməsi;

– qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi və.s

Strukturumuz müxtəlif departament və klublardan təşkil olunmuşdur.

Sədr- Nərmin İsmayılova

Tədbirlərin təşkili üzrə müavin- Pünhan Novruzov

Klublar:

Vətənpərvərlik klubu

İntellektual Oyunlar Klubu

ART Klub

Kitab Klubu

Məntiq Klubu

Şən və Hazırcavablar klubu

Eko Klub

Tarix Klubu

İdman Klubu

Tələbə Gənclər Təşkilatı