7 noyabr 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “8 Noyabr Zəfər Günü”nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru,dosent X.H.Sultanlı, Vətən müharibəsi iştirakçıları, filialımızın məzunları, qazi İmanov Orxan, Ağazadə Tural, müxtəlif struktur bölmənin əməkdaşları, professor -müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Ali baş komandanın rəhbərliyi altında xalqımızın 44 günlük müharibədə parlaq qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb .
Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi F.Mürsəlli, şəhidlərin öz canları ilə əldə etdikləri bu qələbəni, dövlətimizin müstəqilliyini qorumağı hər birinizin borcu olduğunu bildirib.
Tədbirin davamında qəhrəman qazilərimiz İmanov Orxan, Ağazadə Tural və öz hisslərini, arzularını, müharibədə yaşadıqları faktları tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra qazi Seyfullayev Nicat Qismət oğlunun anası filialımızın əməkdaşı, Seyfullayev Nərgiz tədbir iştirakçılarına öz ürək sözlərini söyləyib.
Tədbirin davamında filialın professor- müəllim heyəti bu qürurlu günün bəxş etdiyi hissləri tədbir iştirakçıları ilə paylaşıblar.
Daha sonra filialın tələbələri Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi A.Muradova “Qarabağa gedirəm” adlı şeir ifası, İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbələri F.Quliyeva, A.Əlinağıyeva öz çıxışlarını tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda isə “Zəfər Günü”nə həsr olunan video çarx izlənilib .