Məzun Koordinasiya və Karyera bölməsi 01.01.2022-ci il tarixindən fəaliyyətə başlamışdır.
Məzun Koordinasiya və Karyera bölməsinin həyata keçirdiyi işlər:
Məzunlar haqqında elektron bazanın yaradılması;
Məzunlar haqqında elektron məlumat bazasının daima yenilənməsi və
təkmilləşdirilməsinin təmin edilməsi;
Universitetin əvvəlki illərin məzunu olmuş görkəmli şəxslər ilə tələbələrin görüşlərinin
keçirilməsi;
İxtisaslar üzrə məzunların işə qəbul imtahanlarının nəticələrinin araşdırılması və
məlumatların toplanması;
İxtisaslar üzrə mütəxəssislərə olan ehtiyacın proqnozlaşdırılması və qəbul haqqında
təkliflərin hazırlanması;
Məzunların işlə təmin olunmasında, əmək bazarında öz bilik və bacarıqlarına uyğun iş
tapmaqlarında onlar üçün köməkçi vasitələrin hazırlanması;
Tələbələrə karyera inkişafında dəstək tədbirlərinin həyata keçirilməsini təmin etmək;
Universitetdə müxtəlif ixtisaslara uyğun vakansiyalar barədə məlumatların toplanması və
vakansiya yarandıqda öz məzunlarına üstünlük verilməsi;
İşə qəbul yolunda problemlərin aradan qaldırılması üçün təlim və kurslar təşkil etmək;
4-cü və 5-ci tədris ili tələbələri üçün MİQ sınaq imtahanın təşkil etmək.