28 oktyabr 2026-cı il tarixində ADPU Cəlilabad filialında 27 aprel 2026-cı il tarixli əməkdaşlıq memorandumuna əsasən Psixoloji xidmət və Reabilitasiya mərkəzi tərəfindən tədbir keçirilib. Tədbir “Beynimiz və bədənimiz nə yaşayır?” mövzusuna həsr olunub.
Tədbirdə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, psixologiya üzrə b.m A.Səlimzadə, Mərkəzin rəhbəri Aytən Kərimli, Filialın psixologiya mərkəzinin rəhbəri, F.Əzimov, psixologiya üzrə baş müəllim V.Əzizova, Mərkəzin Psixoloqu Aysel Qurbətova
Psixoloq-Loqopedi Zəhra Abdullayeva və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə Stress beynimizə, bədənimizə və emosional vəziyyətimizə necə təsir edir? Özümüzü anlamaq və emosiyalarımızı idarə etmək üçün nələr edə bilərik? mövzularında tələbələrlə birlikdə elmi biliklər və praktik yanaşmalar müzakirə olunub.




