26 oktyabr 2026-cı ildə Lənkəran Dövlət Universitetinin Elmi Kitabxanasında təşkil olunan “GİNİUS Tələbə Gənclər Kuboku 2026” layihəsi çərçivəsində “Fibonacci intellektual oyunu”nun Regional mərhələsi keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqlarının və Fibonacci MMC-nin birgə təşkilatçılığı ilə baş tutan yarışda Regionun ən güclüsü adına ADPU Cəlilabad filialının “NOVA CİVİTAS”komandası laiq görülüb. Qeyd edək ki, burada təşkil olunan ardıcıl 2-ci yarışda Komandamız I yerə laiq görülür.




