Xəbərlər

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində 9-11 yanvar tarixlərində Bakı şəhərində təlimçilər üçün təlim (ToT) keçirilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında təşkil olunan təlimdə paytaxt və regionlardan 20-ə yaxın təlimçi müəllim iştirak edib. Təlimdə ADPU-nun Cəlilabad filialının Dil-ədəbiyyat,pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, Keyfiyyətin təminatı şöbəsinin müdiri, D.V.Əliyeva da iştirak edib.
Təlim proqramı fərqli əlillik formalarında olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq məqsədilə türkiyəli ekspert, “Yenilikçi Öğrenme Merkezi”nin təsisçisi Kayhan Karlı tərəfindən hazırlanmış modul əsasında həyata keçirilib.
Təlimin məqsədi paytaxt və regionlarda orta ümumtəhsil məktəblərində inklüziv təhsil mühitinin inkişafına və müəllimlərin bu sahədə bilik və praktik bacarıqlarının artırılmasına dəstək olmaq üçün peşəkar təlimçilər hazırlamaqdır. Türkiyədən olan ekspertlər Kayhan Karlı və Barış Sarısoy tərəfindən keçilən təlimlər zamanı iştirakçılara nəzəri biliklərlə yanaşı, tədris prosesində müəllimlər tərəfindən istifadə olunacaq müxtəlif alətlər və digər resurslar barədə də ətraflı məlumat verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.