15 iyun 2026-cı il tarixində ADPU Cəlilabad filialında 2025/2026-cı ilin buraxılış qruplarının “Məzun günü” keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, İnzibati işlər üzrə direktor müavini A.Ağahüseynov, Pedaqoji fakültənin dekanı E.İsmayılova, Cəlilabad Rayon İcra Hakimiyyəti Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X.Xəlilova, filialın professor-müəllim heyəti, digər struktur bölmələrin əməkdaşları və müxtəlif ixtisasların tələbələri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirə 2025/2026-cı tədris ilinin buraxılış qrupları dəvət olunublar.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı ilk olaraq məzunları təbrik edib və həyatlarının bundan sonrakı dövründə onlara uğurlar arzulayıb.Eyni zamanda Məzunluq gününün Azərbaycan xalqının tarixində xüsusi günlərdən biri olan “Qurtuluş Günü” nə təsadüf etdiyini bildirərək bu gün münasibətilə də qonaqları təbrik edib.
Pedaqoji fakültənin dekanı E.İsmayılova, bu gün məzunların universitetə, tələbəlik həyatına əlvida dediyini vurğulayaraq tələbəlik illərinin acılı – şirinli anlarının artıq geridə qaldığını bildirib.
Filialın professor-müəllim heyəti də öz növbələrində çıxış edərək tələbələri təbrik ediblər.
Daha sonra 2025/2026-cı tədris ilinin məzunları və onların valideynləri də çıxış edərək, bu gün yaşadıqları hislərin çox unudulmaz və əvəzsiz olduqlarını bildirərək, bu illər ərzində onlardan öz diqqət, qayğı və sevgilərini əsirgəməyən professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.
Tədbir şən musiqi ifasında müəllim- tələbə heyətinin qarşılıqlı rəqs etməsi ilə yekunlaşıb.
VAKANSIYA!
Elmi dərəcəsi və elmi adı olan namizədlərə üstünlük veriləcək.
Yaz semestrinin imtahan sessiyasına 2026-cı ilin iyun ayının 1-dən etibarən start verilib.
ADPU Cəlilabad filialında yaz semestrinin imtahan sessiyasına 2026-cı ilin iyun ayının 1-dən etibarən start verilib.
Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və elmi işlər üzrə direktor müavini E.Muradlı, Pedaqoji fakültənin dekanı E.İsmayılova imtahan prosesinin gedişi ilə tanış olmaq məqsədilə auditoriyalarda olublar.
ADPU Cəlilabad filialında imtahan sessiyası prosesinin effektiv təşkili və tələbələrin rahatlığının təmin edilməsi məqsədilə imtahanlar I tədris korpusunda təşkil edilir. İmtahanlar 09:00, 12:00 olmaqla 2 növbədə təşkil edilir.
Yaz semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək neqativ hallarla bağlı şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahan qiymətlərinin elan olunmasından sonra yarana biləcək etirazlarla bağlı növbəti 1 gün ərzində İmtahan Qərargahına müraciət edə bilərlər. Şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə könüllü tələbələrdən ibarət müşahidə qrupu yaradılmışdır. Eləcə də ictimaiyyət nümayəndələri üçün sessiya prosesinin müşahidəsi üçün şərait yaradılır.
“28 May Müstəqil Günü ” ilə əlaqədar tədbir keçirilib .
25 may 2026- ci ildə ADPU Cəlilabad filialında “28 May Müstəqil Günü ” ilə əlaqədar tədbir keçirilib
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Filialın baş müəllimləri Ə.Mirzəzadə, F.Rzayev, struktur-bölmə əməkdașları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ile açıq elan edən X.H.Sultanlı vurğulayıb ki , Müstəqillik günü xalqımızın tarixində silinməz tarixi günlərdən biridir. Müstəqillikdən günü ile bağlı vacib məqamlara toxunduqdan sonra dosent X.H.Sultanlı sözü filialın baş müəllimi Ə. Mirzəzadə təqdim edib. O, öz çıxışında Müstəqillik günü ilə bağlı bir sıra tarixi məlumatlara və statistik məqamlara toxunub. Tədbirin sonunda Filial rəhbərliyi tərəfindən öncəki tədbirlərdə fərqlənən tələbələrə “Fəxri Fərman “ və “Sertifikatlar” təqdim edilib.
ADPU Cəlilabad filialında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib.
21.05.2026-cı il tarixində ADPU Cəlilabad filialında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir filialın Pedaqoji fakültə dekanlığı, Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrası, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə ADPU Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, direktor müavini, c.ü.f.d E. Muradlı , Pedaqoji fakültənin dekanı p.ü.f.d E.İsmayılova, professor M.Allahmanov, Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri Y.Dadaşlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Q.Əhmədova, Elmi katib N.Babayev, filialın baş müəllimləri T.İsgəndərov, M.Qasımov və müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Səməd Vurğunun Azərbaycan milli şeir sənətinin ulduzu olduğunu vurğulayaraq onun bir sıra şeirlərini səsləndirib. Daha sonra tələbələrə hər zaman Xalq şairinin yaradıcılığına istinad edərək onun şeirlərini öyrənməyi məsləhət görüb.
Tədbirin davamında direktor müavini E.Muradlı, dosent Y.Dadaşlı, professor M.Allahmanov, dekan E.İsmayılova, elmi katib N.Babayev, baş müəllimlər M.Qasımov, T.İsgəndərov şairin həyat və yaradıcılıqlarına istinad edərək onun bir sıra şeir və əsərləri barədə dolğun məlumatları tədbir iştirakçıları ilə bölüşüblər.
Daha sonra Z.Quliyevanın təqdimatı əsasında filialın tələbələri olan M.Hüseynzadə, L.Fətəliyeva, M.İsmayılova, F.İmanova, L.İbadova şairə məxsus olan şeirləri səsləndirərək təhlil ediblər.
Daha sonra TGT nəzdində fəaliyyət göstərən Şən Hazırcavablar klubunun (ŞHK) hazırladığı “Vaqif” pyesi Ə.Abdullazadə, İ.Cabbarov, O.Məhəmmədov, C.Quluzadə, İ.Dadaşlı, E.Rzayev, T.Zeynalov, X.Rzazadə, Ə.Kərimov, X.Əliyev, İ.Əhmədli, S.Fərəclinin təqdimatı əsasında səhnələşdirilib.
ADPU Cəlilabad filialında “Tələbələrdə sağlam həyat tərzinin formalaşdırılması yolları” mövzusunda elmi seminar keçirilib.
12 may 2026-cı ildə ADPU Cəlilabad filialında Pedaqoji fakültənin dekanı, p.ü.f.d İsmayılova Elnarə Ataməli qızının “Tələbələrdə sağlam həyat tərzinin formalaşdırılması yolları” mövzusunda elmi seminarı keçirilib.
Elmi seminarda Təbiət və sosial elmlər,onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, filialın baş müəllimi F.Rzayev, Ə.Mirzəzadə, T.İsgəndərov, A.Hüseynov, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Elmi seminarın əsas mövzusunu ali pedaqoji təhsil müəssisələri tələbələrində sağlam həyat tərzinin formalaşdırılmasının nəzəriyyə və təcrübənin öyrənilməsindən, təhlil edilməsi, monitorinqi nəticəsində bu sahədə yeni üsulların, formaların və təkliflərin irəli sürülməsindən yararlanmağın faydaları təşkil edib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan voleybol turnirinin Final oyunu baş tutub .
8 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin, Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı ilə həyata keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan voleybol turnirinin Final oyunu baş tutub . Final oyunu Zirvə və Zəfər 44 komandaları arasında həyata keçirilib. Yekunda isə Zirvə komandası Zəfər 44 komandasını 3-1 hesabı ilə məğlub edərək kubokun sahibi olub.
Turnirin yekununda Filial rəhbərliyi tərəfindən I və II yerin sahiblərinə, eyni zamanda tədbirdə aktiv iştirak edən tələbələrə sertifikat təqdim edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan voleybol turnirinin açılış mərasimi baş tutub.
6 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin, Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşəbbüsü baş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan voleybol turnirinin açılış mərasimi baş tutub. Turniri Universitetin direktoru dosent Xudayar Sultanlı açaraq komandalara uğurlar arzulayıb. İlk açılış günü üz-üzə gələn komandalardan Zərbə və Zəfər komandaları arasında baş verən ilk oyunda 2 set qalib gələrək Zərbə komandası adını yarımfinala yazdırdı.
Daha sonra isə ikinci oyunda üz-üzə gələn The best of 23 və Qartallar komandası arasında baş verən oyunda The best of 23 komandası 2 setlik üstünlüklə Zərbə komandası ilə birgə adını yarımfinala yazdırdı.
Daha sonra Zirvə və İmplus həmçinin Qələbə ruhu və Bermud komdaları arasında baş verən yarışda Zirvə və Bermud birlikdə adlarını yarımfinala yazdırdı.
ADPU Cəlilabad filialında “Təhsil Tələbə Krediti Fondu”nun (TTKF) təşkilatçılığı ilə tədbir keçirilmişdir.
4 may 2026-cı ildə ADPU-nun Cəlilabad filialında “Təhsil Tələbə Krediti Fondu”nun (TTKF) təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova Təhsil Tələbə Krediti haqqında tələbələrə geniş məlumatlar təqdim edib. Eyni zamanda TTKF-dan istifadə etmə qaydaları və müraciətin necə olunması barədə izahlar verib. Sonda isə tələbələrin suallarının cavablandırılması ilə tədbir yekunlaşıb.
ADPU Cəlilabad filialında FHN-nin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili “ mövzusunda tədbir keçirilib.
1 may 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında FHN-nin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili “ mövzusunda tədbir keçirilib. Tədbirdə Filialın Tədris və Elmi İşlər üzrə direktor müavini E.Muradlı, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, FHN-nin Cənub Regional Mərkəzin Mülki Müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti,mayor Elşən Ələkbərov, mayor Nizami Dadaşov, FHN-nin Cənub Regional Mərkəzin Mülki Müdafiə idarəsinin Mülki Müdafiə tədbirlərinin planlaşdırması şöbəsinin zabiti, baş leytenant Murad Babayev və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.Tədbir zamanı əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, eləcə də mülki müdafiə tədbirlərinin mahiyyəti barədə dinləyicilərə geniş məlumat verilmiş və Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici video-çarx nümayiş olunmuşdur.










