Xəbərlər
Rəy yoxdu

7 Mart 2024- cü il tarixində ADPU-nun Cəlilabad filialında “8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunan “Cənnət Mələyim” adlı ümumfilial tədbiri keçirilib . Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültə dekanı M.A.Rəhimova, professor-müəllim heyəti, müxtəlif struktur bölmənin əməkdaşları, fərqli ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə dəyərli xanımları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib.
Daha sonra filial tələbələrinin hazırladıqları səhnələr: Məktəbəqədər təhsil ixtisasının I tədris ilinin tələbəsi Nağıyeva Fatimənin “Şəhid anaları”na həsr olunan musiqi ifası, Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Şən Hazırcavablar klubu”nun üzvlərinin: Z.Feyziyeva, A.Qurbanov, N.İsmayılov, M.Məmmədova, S.Səfərova iştirakı ilə “8 Mart Hədiyyəsi” adlı səhnəcik, R.Feyziyevin gitara çıxışı, filialın məzunu A.Əsədovun piano ifası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə filialın bir sıra qadın əməkdaşları və tələbələri Filial rəhbərliyi tərəfindən “Fəxri Fərmanla “ təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.