2024-cü ilin iyun ayının 3-dən etibarən ADPU-nun Cəlilabad filialında 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. İyun ayının 5-də Filialın direktoru,dosent X.H.Sultanlı və Pedaqoji fakültənin dekanı, M.A.Rəhimova imtahan zallarını ziyarət edərək imtahanların gedişatını izləyib, eyni zamanda İmtahan Qərərgahı və Apellyasiya Komissiyasının fəaliyyəti ilə tanış olublar. Qeyd edək ki, Filialda imtahanlar gün ərzində 2 növbədə təşkil olunur. 5 həftə ərzində davam edəcək imtahan sessiyasında imtahanlar əsasən yazılı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında fənnin məzmunundan və tələbələrin seçimindən asılı olaraq isə bəzi fənlər şifahi formada keçiriləcək.

Oxşar xəbərlər
ADPU-nun Cəlilabad filialının kollektivi Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” mərasimində iştirak edib
12 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” münasibətilə ADPU-nun Cəlilabad filialının direktoru dosent X.H.Sultanlı, professor-müəllim heyəti və filialın tələbə kollektivi Cəlilabad şəhəri Heydər Əliyev parkında yerləşən…