4 may 2026-cı ildə ADPU-nun Cəlilabad filialında “Təhsil Tələbə Krediti Fondu”nun (TTKF) təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova Təhsil Tələbə Krediti haqqında tələbələrə geniş məlumatlar təqdim edib. Eyni zamanda TTKF-dan istifadə etmə qaydaları və müraciətin necə olunması barədə izahlar verib. Sonda isə tələbələrin suallarının cavablandırılması ilə tədbir yekunlaşıb.




