AĞAHÜSEYNOV AMİD EHTİMAT OĞLU

Direktor müavini

Məlumatlar

ADPU

İNZİBATİ  və TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ direktor müavini Ağahüseynov Amid Ehtimat oğlu

      Əmək funksiyası:   Ali təhsil müəssisəsinin təsərrüfat, mədəni- məişət işlərinə bilavasitə rəhbərlik edir. Müəssisənin auditoriyalarında kabinet və  laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar-gigiyena vəziyyətinə və müəssisədaxili intizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təmin edir. Təmir- tikinti və digər maddi-texniki təchizat işlərinə nəzarət edir. Müxtəlif mal, iş və xidmətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun satın alınmasını təşkil edir. Tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər görür. Rəhbərliyin tapşırığı ilə maliyyə-təsərrüfat işləri üzrə digər məsələləri həll edir.

     Bilməlidir:  “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin aidiyyəti fərman və sərəncamlarını; maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı mühasibat uçotunun təşkilini, mühasibat balanslarının və hesabatlarının əsaslarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsil müəssisələrində maliyyə vəiqtisadi məsələlərə, təhsil müəssisələrinin tikintisi, təmiri və digər maddi-texniki təchizatına dair qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərarlarını, əmr və sərəncamlarını; təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını; texnika və texnologiya sahəsindəki yenilikləri, əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik  texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.