Xəbərlər

26 oktyabr 2026-cı ildə ADPU Cəlilabad filialında “22 oktyabr Milli Kitabxana Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov, şöbənin əməkdaşları, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri və tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının maarifə, elmə biliyə daha çox yol tutduğunu bildirərək, Dahi liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda kitabxana sistemlərinin yenidən qurulduğunu, zənginləşdirildiyini və inkişaf etdirildiyini bildirib.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov çıxış edərək Azərbaycanda da qədimdən zəngin kitabxanalar olduğunu vurğulayıb və XIX əsrin 2-ci yarısında Azərbaycanda ictimai kütləvi kitabxana və qiraətxanalar meydana gəldiyini söyləyib. Çıxışının sonunda isə Azərtürkün “Kitabxanam “ şerini səsləndirib.
Daha sonra Filialın tələbələri L.İbadova, L. Kərimova, S.Mirzəzadə, G.Əliyeva, D.Bayramova dünyanın ən böyük və zəngin kitabxanaları haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirin davamında kitab haqqında şeirlər söyləmək üçün söz Filialın tələbələrinə – G.Əliyeva, L.İbadova, M.İsalı, S.Mirzəzadə, İ.Əhmədliyə təqdim olunub.
Daha sonra Filial rəhbərliyi tərəfindən 22 oktyabr – Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə kitabxana işinin təşkilində göstərdikləri səmərəli fəaliyyətə və filialın tədris prosesinin informasiya təminatına verdikləri töhfəyə görə Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov və şöbənin əməkdaşları J.Babayeva, S.Kərimova “Fəxri Fərman”la təltif olunublar.
Tədbirin sonunda isə çıxış edən tələbələrə Kitabxana və elektron resurslar şöbəsi tərəfindən hədiyyələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.