Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf mərkəzi tərəfindən ADPU Cəlilabad filialında İbtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə təhsil alan buraxılış kursu tələbələri üçün “PISA 2025 beynəlxalq qiymətləndirməsi: əsas istiqamətlər və nəticələrin təhsilin keyfiyyətinin yüksəldilməsində rolu” mövzusunda onlayn məlumatlandırma seminarı keçirilib.
PISA (Programme for International Student Assessment) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını real həyat şəraitində tətbiq etmək qabiliyyətini qiymətləndirən beynəlxalq tədqiqatdır.
Seminarların məqsədi gələcək müəllimlərin PISA 2025 tədqiqatının əsas istiqamətləri, qiymətləndirmə yanaşmaları və nəticələri barədə məlumatlılığını artırmaq, beynəlxalq qiymətləndirmə təcrübəsinin təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini müzakirə etməkdir.
Seminar. ADPU-nun Strateji inkişaf mərkəzinin mütəxəssisi Nərmin xanım tərəfindən aparılıb.
Seminar gələcək müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları və müasir təhsil yanaşmaları barədə biliklərinin artırılması baxımından əhəmiyyətlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.