Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilib

ADPU-nun Cəlilabad filialında Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilmişdir. Tədbirdə filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültənin və aidiyyatı kafedraların məsul şəxsləri, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
Tədbir Ümumilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinin anımı ilə başlayıb. İlk olaraq Filialın direktoru X.Sultanlı dahi Şəxsiyyətin keçdiyi çətin, lakin, şərəf dolu həyat yolundan söz açaraq xalqımız üçün həyati əhəmiyyətli, əbədiyaşar fəaliyyətindən danışıb. Öz bilik və bacarığı ilə dünyanı heyran qoyan dühasını geniş şərh edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, çoxəsrlik dövlətçilik tariximizdə dahi Liderimizin özünəməxsus xidmətləri, fəaliyyəti və qüdrəti vardır. Təkcə ölkəmizin deyil, eləcə də dünyanın nadir şəxsiyyətlərindən olan Ulu Öndər ümumən bəşəriyyətin tərəqqisi istiqamətində çox böyük əmək sərf etmiş unudulmaz bir insandır.
Adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış dahi Lider dövlətçilik tariximizə daim işıq saçacaq Azərbaycançılıq ideologiyasının əsasını qoymuşdur. Xalqımızın çox ağır vəziyyətində bütün məsuliyyəti üzərinə götürərərək sözün əsl mənasında Böyük qəhrəmanlıq, xilaskarlıq missiyasını həyata keçirmişdir. Natiq bildirmişdir ki, məhz, tale yüklü problemlərimizin bir-birinin arxasınca həll olunduğu indiki dönəmdə bu böyük inkişafımızın təməl prinsiplərini də müdrik siyasətçi Heydər Əliyev məktəbinə borcluyuq. Bu məktəbin ən layiqli davamçısı isə şübhəsiz ki, Möhtərəm Prezidentimiz, Cənab İlham Əliyevdir. Sevindirici haldır ki, ölkəmiz hazırda dünyanın beynəlxalq arenasında da özünəməxsus rolu və nüfuzu olan qüdrətli bir dövlətdir.

Filialın “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Yadulla Dadaşlı vaxtilə Azərbaycan xalqının ictimai-siyasi çətinliklərə məruz qaldığı bir vaxtda xalqın ziyalı təbəqəsinin xüsusi dəvəti, tələblərilə hakimiyyətə gətirilən, sonrakı mərhələdə isə xalqımızın könül dostuna, baş tacına çevrilən Heydər Əliyevin mütəfəkkir fəaliyyətinın ölkəmizin dünyəvi tərəqqisinə əbədiyyət qazandırdığını qeyd etmışdır.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev Ulu Öndər Heydər Əliyevin gənc, müstəqil dövlətimizin demokratik inkişafı yolundakı dahiyanə çalışmalarını, qısa zaman ərzində çox böyük quruculuq işlərini, insanlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətindəki müdrik fəaliyyətindən söz açıb.
Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ələsgər Mirzəzadə Böyük Liderin həyat və fəaliyyətini Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri adlandırıb. Mənəvi zənginliyin xalqımızın ən böyük sərvəti hesab etdiyindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasındakı qeyri-adi xidmətlərindən, əzmkarlığından danışıb.
Tədbirdə Ulu Öndərin unudulmaz xatirəsini, nitqini, bütöv Azərbaycanımıza istiqamətlənən arzu və istəklərini canlandıran video-çarx nümayiş etdirilib, şeirlər səsləndirilib. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin bacısı, tələbəmiz olan Ayna Fərəcovanın Ümummilli Liderimizin fenomen Şəxsiyyətinə hörmət və ehtiramı ifadə olunub, digər tələbəmiz Zəhra Feyziyevanın şeir ifası saf və səmimi istəklərin əyani nümunəsi kimi yadda qalıb. Tədbirdə xüsusilə bildirilmişdir ki, Ulu Öndərin unudulmaz xatirəsi qədrbilən xalqımızın qəlbində daim yaşayacaqdır!.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının yeni bir töhfəsi

ADPU-nun Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən ART (incəsənət) klubunun təşkilatçılığı ilə bir ay davam edən incəsənət yarışı və eyni zamanda “Gəncin gözündən” adlı fotomüsabiqə sona çatmışdır. Müsabiqənin qalibləri Filialın direktoru, dosent Xudayar Sultanlı tərəfindən qəbul edilmiş və onlara aidiyyatı üzrə diplomlar təqdim olunmuşdur.
Qeyd edək ki, ART klubunun əsas məqsədi Filialımızda incəsənətə marağı və bu sahədə bacarığı olan tələbələrin akşar olunması, onlara özlərini nümayiş etdirmək üçün lazımı dəstəyin verilməsi, fəaliyyətləri üçün müəyyən şəraitin yaradılmasına nail olunmasıdır.
Qalibləri təbrik edir, bütün iştirakçılara təşəkkürümüzü bildiririk!

Xəbərlər

Təbrik edirik

Vaxtilə ADPU-nun Cəlilabad filialında “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasında çalışmış dəyərli həmkarımız, filologiya elmləri doktoru, professor Yədulla Bəbir oğlu Ağazadəyə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adı verilmişdir. Bu münasibətlə ADPU-nun Cəlilabad filialının kollektivi olaraq professor Yədulla Ağazadəni səmimiyyətlə təbrik edir, pedaqoji fəaliyyətində daim uğurlar arzulayırıq!.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında QİÇS-lə mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

08.12.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında QİÇS-lə mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Filialın direktoru, dosent Xudayar Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev, Azərbaycan Respublika Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad xanım Mahmudova, Cəlilabad rayon Ailə Sağlamlıq Mərkəzinin əməkdaşları; feldşer Məhəmməd Hüseynov, tibb bacısı Zeynəb Babazadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
Tədbir vətənimizin bütövlüyü uğrunda canlarının fəda etmiş şəhidlərimizin əziz xatirəsinin anımı ilə başlayıb. Filialın direktoru, dosent X.Sultanlı giriş sözü ilə iştirakçıları, keçirilən tədbirin məqsədilə əlaqədar bir daha məlumatlandırıb. Qeyd edib ki, gənc nəslim təhsililə yanaşı onların sağlamlıq qayğıları da dövlətimizin daimi olaraq diqqət mərkəzində olmuşdur. Ona görə ki, gənclər cəmiyyətimizin ictimai-siyasi həyatında fəal iştirak edən aparıcı təbəqədir. Dövlət gənc nəslin təhsilinin yüksəlməsinə, mənəvi tərbiyəsinə önəm verdiyi kimi, onların sağlamlığının qorunmasına da strateji əhəmiyyətli bir məsələ kimi baxır və beləliklə bu sahəyə də xüsusi qayğı ilə yanaşır. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi gənclər siyasətini hazırda Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev uğurla inkişaf etdirməkdədir. Direktor bildirmişdir ki, bu gün də həyata keçirilən gənclər siyasəti çox geniş bir anlam ifadə edərək gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, həmçinin onların asudə vaxtlarının səmərəli təşkili nəzərə alınmaqla, ölkəmizin iqtisadi-siyasi və mədəni həyatında iştiraklarının tam təmin olunmasını əhatə edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi D.Mahmudova tədbirdə geniş təqdimatla çıxış edib. O, insanın QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu), İmmunçatışmazlığı virusu haqqında əsaslı nəzəri dəlillərlə fikirlərini ifadə edərək, bu xəstəliyin həyatı təhdid edən təhlükələrindən uzaq durmağa səsləyib. İnsanlıq üçün dəhşətli xəstəlik olan QİÇS-in yoluxma səbəblərini: transplasentar yoluxma, qan transfuziyası zamanı yoluxma, İynələr/kanulalar vasitəsilə yoluxma və s. haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmiş, proflaktiki tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Gigiyenik qaydalara əməl etməyin zəruri üstünlüklərinin sağlam yaşamımız üçün son dərəcə vacib məsələlərdən biri olduğu tədbir iştirakçılarına izah edilmişdir. Xüsusən, tələbələrin aktiv qatıldıqları tədbir, çoxsaylı sualların Mərkəzin həkimi D.Mahmudovanın əsaslı cavablandırmaları ilə müşayiət olundu.

Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev insanlıq üçün dəhşət saçan QİÇS-in təsirlərindən qorunmaq üçün maarifçilik təbliğatını davamlı olaraq həyata keçirən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə və təmsilən həkim D.Mahmudovaya təşəkkürünü bildirib. Qeyd edib ki, vətəndaşlarımızın, xüsusən gələcəyimiz olan gənclərimizin sağlamlıqlarının qayğısına qalmaq hər birimizin qarşısında duran ən vacib, təxirəsalınmaz tədbirlərdən olmalıdır. Çünki gənclərimizin inkişaf təməlini, ilk növbədə, yeni nəslin nümayəndələrinin böyüdüyü mühitin fiziki və mənəvi sağlamlıq vəziyyəti müəyyən edir. Məhz, “sağlam bədəndə sağlam ruh olar” məramına həmişə diqqət olunmalı, böyüyən nəslimizi arzuolunmaz vərdişlərdən qorumalı, uzaq tutmalı, zərərli vərdişlərin nələrə yol aça biləcəyini onlara izah etməyə çalışmalıyıq.
Tədbirin sonunda iştirakçılara bir daha QİÇS-in diaqnostikası, müalicəsi istiqamətində işlərin aparılması və ümumiyyətlə profilaktikası ilə bağlı müfəssəl məlumat verilərək müvafiq test nümunələrinin götürülməsi işi həyata keçirilib.

Xəbərlər

Tarixi Azərbaycan maarifçilik mühiti: İrəvan Müəllimlər Seminariyası

ADPU-nun Cəlilabad filialında “İrəvan Müəllimlər Seminariyasının 140 İlliyi”nin keçirilməsi istiqamətində tədbirlər planına uyğun olaraq çalışmalar davam etdirilir. Filialının direktoru, dosent Xudayar Sultanlı vaxtilə əhalisinin böyük əksəriyyətinin Azərbaycanlı soydaşlarımızın yaşadığı, tarixi yurdumuz olan İrəvan şəhərində Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 illiyinin ölkəmizdə geniş miqyasda qeyd edilməsini məmnunluqla qarşıladığını qeyd etmişdir. Bildirmişdir ki, fəaliyyəti müddətində xalqımızın maariflənməsi istiqamətində çox böyük missiya həyata keçirən bu tarixi təhsil mərkəzimizin məzunları sonradan bütöv Azərbaycanımızın təhsili, dönəminin müasir zamanına inteqrasiyası istiqamətində yorulmadan çalışmışlar. Elə bu səbəbdən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 29 dekabr 2021-ci ildə imzaladığı Sərəncamı ilə “İrəvan Müəllimlər Seminariyasının 140 İlliyi”nin keçirilməsi, eləcə də əsaslı şəkildə elmi, maarifçi, mədəni işlərin görülməsi istiqamətində göstərişlərini vermişdir. Bu vacib yanaşma bir də ona görə əlamətdardır ki, Azərbaycan pedaqogika elminin daha geniş yayılması, xalq maarifçi hərakatımızın böyük bir dövrü İrəvan Müəllimlər Seminariyası” məzunlarının yorulmaz fəaliyyətləri, xalqımız arasında savadsızlığın aradan qaldırılmasındakı fədakar əməklərilə bağlıdır.
Filialın “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Yadulla Dadaşlı vaxtilə Azərbaycan xalqının ictimai-siyasi təqiblərə, təsirlərə məruz qaldığı bir vaxtda belə bir tarixi təhsil mərkəzi olan “İrəvan Müəllimlər Seminariyası”nın mövcudluğunun Azərbaycan xalqının milli oyanışına zəmin hazırladığını qeyd etmişdir. O, bildirmişdir ki, Seminariya məzunlarının maarifpərvər xidmətləri, bəzi çoxsaylı əngəllərə baxmayaraq inadlı mübarizələri nəticəsində digər ərazilərimizdə də məktəblərin, yeni təhsil ocaqlarının yaranmasına zəmin hazırlamışdır.
Filialda Kitabxana və elektron resurslar şöbəsinin müdiri, “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müəllimi, Filialın Həmkarlar Təşkilatının sədri Şahin Cəbrayılov xalqımız üçün parlaq tariximizi özündə yaşadan “İrəvan Müəllimlər Seminariyası”nın yaradıcı fəaliyyətinin həmçinin ana dilli təhsilimiz istiqamətinə də yeni tövhələr verdiyini vurğulamış, Azərbaycan dilçilik elminin təşəkkül tapdığı bir dönəmdə onun vacibliyi istiqamətinə maarifpərvər baxış etalonunun formalaşdırdığını qeyd etmişdır.
ADPU-nun Cəlilabad filialı olaraq tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə, ulularımızın maarifpərvər və unudulmaz fəaliyyətlərinə sahib çıxır, bu yolda əsl vətəndaşlıq amalını layiqincə yaşadanları hörmətlə yad edir, hər birimiz üçün çox vacib olan Dövlət-Xalq birliyimiz yolunu işıqlandıran və bu ideal-maarifçi təbliğini şərəflə yerinə yetirən “İrəvan Müəllimlər Seminariyası”nın tarixi fəaliyyətini iftixarla qeyd edir, xalq ruhumuza maarifçi toxumlarını səpmiş bu ulu təhsil ocağımızın zamanında var olmasını böyük qürurla anırıq.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının aktiv fəaliyyəti davam edir

“ON1000” proqramı çərçivəsində ADPU-nun Cəlilabad filialı Tələbə Gənclər Təşkilatı və Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Laçının işğaldan azad olmasına həsr olunmuş “Azad Laçın” adlı Xəmsə milli intellektual oyunu uğurla yekunlaşdırılmışdır. Tələbələrin yüksək əhval-ruhiyyə və böyük maraqla qatıldıqları yarışmada I, II, III və IV yerin qalibləri elan olunmuşdur.
Bundan başqa eyni adlı proqrama əsasən Filialın Tələbə Gənclər Təşkilatının dəstəyilə Tarix klubu tərəfindən keçirmiş “Tarixin izi ilə” adlı “Nə? Harada? Nə zaman?” yarışının qalibləri də artıq müəyyən olunmuşdur.
Qalib komandaların üzvlərinə aidiyyatı üzrə diplomlar, 4-cü yerin komanda üzvlərinə isə müvafiq “təşəkkürnamə”lər təqdim olunmuşdur.
Tələbələrimizi uğurları münasibətilə təbrik edir, bütün iştirakçılara təşəkkürümüzü bildiririk!

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Elmi Şuranın növbəti iclası keçirilmişdir

02.12.2022-ci il tarixində ADP-nun Cəlilabad filialında Elmi Şuranın iclası olub. İclas vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələrinin anımı ilə başlayıb.
İclasın sədri, ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı giriş sözünə iştirakçıları salamlamaqla başlayıb. Filialın tədris, elmi, tərbiyə, nizam-intizam işlərinin bir çox sahələrinə toxunub. 2022/2023-cü ilin fəaliyyət planlarına uyğun olaraq Filialda görülmüş işləri dəyərləndirib. O, qeyd etmişdir ki, Respublika Prezidentimiz Cənab İlham Əliyevin əsaslı göstərişləri sayəsində bu gün təhsil sistemimiz durmadan inkişaf etməkdə, infrastrukturlarımız yenilənməkdə, maddi-texniki bazamız möhkəmlənməkdə, dəyərlərimizə dəyər qatılmaqdadır. Bu baxımdan Filial kollektivinin vəzifə öhdəliklərinin, hüquq və səlahiyyətlərinin həyata keçirilməsi üçün lazımı şəraitin yaradıldığını və müntəzəm olaraq daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, belə bir əlverişli şəraitdə elmi-tərəqqi istiqamətində çalışmalarımızın keyfiyyətini bir qədər də artıraraq tələb olunana ən yüksək standartlara çatdırmalıyıq.
Sonra Keyfiyyətin Təminatı şöbəsinin müdiri Dürdanə Əliyeva 2022/2023-cü tədris ili boyunca keçiriləcək institusional akkreditasiya prosesinin gedişi barədə geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, professor-müəllim heyətinin elmi araşdırmaları, çap olunan hər yeni materialları barədə operativ olaraq aidiyyatı struktur bölmələrinə məlumatlar verilməlidir.
Pedaqoji fakültənin dekanı, baş müəllim Mənzilə Rəhimova payız semestrinin sona yaxınlaşması ilə əlaqədar olaraq professor-müəllim heyətinə imtahan suallarının hazırlanmasında son dərəcə diqqətli olmaları və obyektivliyin qorunması istiqamətində tövsiyələrini verib.
Daha sonra 2022/2023-cü tədris ilində Qış mövsümünə hazırlıqla əlaqədar olaraq İnzibati və təsərrüfat işləri üzrə direktor müavini Amid Ağahüseynovun bütün istilik təchizatının, avadanlıqların texniki təchizatının, təsərrüfat bölmələrinin tam hazır vəziyyətə gətirildiyi haqqında hesabatı təqdim olunub. Elektrik verilişi və müvafiq təsərrüfat təminatı məsələlərində Filialın işinə mütəmadi olaraq dəstəyin diqqət mərkəzində saxlanılacağı bir daha qeyd olunub.
“Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyaları” kafedrasının müdiri, dosent Yadulla Dadaşlı söz alaraq kafedra əməkdaşları tərəfindən yeni elmi-tədqiqat işləri, aparılan araşdırmalar və çap edilən əsərlər barəsində Şura üzvlərinə məlumatlar verib.
Ümumi dinləmələri həyata keçirən Filialın direktoru, dosent X.Sultanlı bütün Pedaqoji Şura üzvlərinə müraciət edərək Ümummilli Liderimiz Heydər Əliyevin Anım mərasiminin və anadan olmasının 100 illik yubileyinin layiqincə qeyd edilməsindən ötrü artıq hazırlıqlara başlanılmasını tövsiyə edib. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixində Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sərəncamını xatırladaraq, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin müdiri Səbinə İsmayılovaya və Filialın müvafik struktur bölmə rəhbərliyinə bu istiqamətdə ciddi tapşırıqlar verərək bildirilib ki, Ulu Öndər H.Əliyevin ensklopedik çalarlı vətən xidmətləri professor-müəllim heyəti tərəfindən ətraflı araşdırılmalı, təhlil olunmalı, gələcəyimizə işıq saçan ideyaları tələbələrimizlə birgə geniş ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

Xəbərlər

Daha bir kitabın işığında

30.11.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialının professor-müəllim heyəti Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinin anımından sonra daha bir kitabın işığına toplaşdılar. Bu, Filialın “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi olan Şöhrət Namazovanın oxuculara yeni təqdim etdiyi “Laçın əfsanəsi” əsəri idi.
Ş.Namazovanın «Laçın əfsanəsi» povesti Qarabağ mövzusundadır və burada bölgənin işğalı zamanı baş verən hadisələrdən bəhs olunur. Əslən Laçından olan müəllif həyatda şahidi olduğu hadisələri qələmə almışdır. Kitabın mənzum parçaları isə burada baş verən hadisələrin ruhuna köklənmiş və beləcə povestin əsl qayəsini tamamlamaqdadır.
«Laçın əfsanəsi» Ş.Namazovanın nəşr olunan ikinci kitabıdır. Onun «Köçkün qızın şəhid sevgilisinə doqquz məktubu» adlanan povest və hekayələrdən ibarət ilk kitabı hələ 2016-cı ildə işıq üzü görmüşdür.
Xatırladırıq ki, 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsinin ardınca 2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu Laçının da bir sıra kəndlərini erməni işğalçılardan təmizləmişdi. Məhz, Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad edilməsindən bir qədər sonra Ermənistan ağ bayraq qaldırmışdı. Bunun nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərimizin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilmişdir.
Elə bu, tariximizə qızıl hərflərlə yazılan Azərbaycanımızın şərəf dolu anlarından başlayaraq, dəyərli «Laçın əfsanəsi» əsərinə yüksək münasibət bildirən Filialın professor-müəllim heyəti ərazilərimizin düşmən işğalı zamanı dinc əhalimizə necə faciəvi anlar yaşadıldığını diqqətlərə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanın dilbər guşəsi olan Qarabağda və ona yaxın ərazilərimizdə işğal zamanı bəşəriyyətin ən dəhşətli qətliamları törədilmişdir. Məhz buna görədir ki, Xocalı faciəsi xalqımızın yaşam tarixində heç vaxt unudulmayacaqdır. Bu cinayətlər unudulmamalı, unutdurulmamalıdır. Filialın müxtəlif ixtisaslar üzrə tələbələrinin ifa etdikləri “Laçın məzmunlu” şeirlər tədbirə əlavə rəng qatıb. Vətən həsrətilə alışıb yanan yurddaşlarımız indi öz doğma dədə-baba torpaqlarına dönməkdədirlər. Müəllifin öz sözlərilə desək oradakı “Şəhid ruhlar isə bu müddət ərzində heç bir yerə getməyərək Laçın səmalarında bizləri gözləmişdirlər!”…
Vətən Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilən tələbə ekskursiyaları davam edir

ADP-nun Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının İdarə Heyəti fəal tələbələrlə birlikdə “Hədəf 10%” proqramı çərçivəsi üzrə Cəlilabad şəhərində yerləşən Cəlilabad Olimpiya İdman Kompleksində olmuşlar.
Burada Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynovla da görüşən tələbələrimiz eskursiya zamanı Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə tanış olmuş, beynəlxalq arenada titullar qazanmış idmançılarımız barəsində əlavə məlumatlar almış, “Sağlam bədəndə sağlam ruh olar” amalına dəstək nümayiş etdirmişlər.