28 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan ” Qarabağ Azərbaycandır ” adlı şeir müsabiqəsinin qalibləri “Fəxri fərman”la təltif olunublar .
Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.S.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Qalibləri filialın direktoru,dosent X.H.Sultanlı təltif edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
