Şəhid Tural Arif oğlu Rəhimov 1993-cü il yanvar ayının 1-dəCəlilabad rayonunun Söyüdlü kəndində anadan olub.O, 1999-2003-cü illərdə Söyüdlü kənd tam orta məktəbində, 2003-2008-ci illərdə Muğan kənd tam orta məktəbində, 2008-2010-cu illərdə isə Cəlilabad şəhərində 1 saylıtam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində “Kimya-biologiya” ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq çalışırdı. Ailəli idi. Bir övladı yadigar qalıb.
Tural Rəhimov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2015-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və “leytenant” hərbi rütbəsi alıb. 2016-cı il aprelin 1-də məzuniyyətə göndərilsə də, 2-5 apreldə baş verən Aprel döyüşlərinin başlaması ilə hərbi hissəyə geri dönən Tural Rəhimov, Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun leytenantı olan Tural Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib. Tural Rəhimov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığıvə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün AzərbaycanRespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.Bundan başqa Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına şəxsi igidlikvə şücaət nümayiş etdirdiyinə görə 24.12.2020-ci il tarixli Sərəncama əsasən “Cəbrayılın azad olunmasına görə”; Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik nümayiş etdirdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncama əsasən isə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.