Əsrlər boyu dünya tarixinə bəxş etdiyi mütəfəkkir şəxsiyyətlərin ümumbəşəri xidmətlərilə seçilən Azərbaycan xalqı XX əsrdə, hələ minnilliklər boyu fenomen dühası heyranlıqla öyrəniləcək yeni bir dahisini, insanlığın Heydər Əliyev zirvəsini bəşəriyyətin işıqlı sabahına bəxş etdi. Milliyətindən, cinsindən, irqindən, həyata baxış müstəvisindən asılı olmayaraq insanların həyatı, taleyi, fəaliyyəti, maraqları, məqsəd və məramlarına multikultural baxış fəlsəfəsindən yanaşan Ulu Öndər insanlıq tarixinə öz adını qızıl hərflərlə yazdırmışdır. Mənsub olduğu xalqın, Azərbaycanımızın şan və şöhrətinin artırılmasındakı fədakar əməkləri isə onun xalqımızın qəlbində daimi olaraq Böyük Lider zirvəsini yaratdı.
Dahi şəxsiyyətin misilsiz fəaliyyətləri, ensklopedik biliklərilə hələ zamanında dünyanın gəlib getmiş ən görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edilməsinə əsas vermişdir. Çünki, həyati fəaliyyətində zamanı qabaqlayan addımlarının atması, ilk öncə əsl vətəndaş qəhrəmanlıqları, tarix yaratma bacarığı daim heyranlıqla qarşılanaraq özünəməxsus qeyri-adi istedadı kimi qiymətləndirilmişdir. Təsadüfü deyildir ki, Dahi Liderin ümumən həyatının hər anı zaman-zaman xatırlanacaq hadisələrlə zəngin unudulmaz bir tarixdir.
Onun xalqımız içərisində əbədiləşən ümumxalq məhəbbətini qazanması şəxsi, ailə və cəmiyyət həyatında seçdiyi düzgün istiqamət, ümumhəyat mövqeyində qətiyyətli addımları, insani dəyərlərə səmimi və saf münasibəti idi.
Məlumunuz olduğu kimi Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün demək olar ki, bütün dövrləri gərgin zəhmətlə, əzmkar mübarizələr şəraitində keçmişdir. Ona zamanının çətin anları sonrakı mərhələlərdə müxtəlif maneələri dəf etmə bacarıqları verərək əsl Rəhbər mövqeyi qazandırmış, ardıcıl uğurların qazanılmasında, qeyri-adi istedadlarının nümayiş etdirilməsində, çoxlarına icrası mümkünsüz görünən işlərin peşəkarcasına həllində, qəhrəmanlara xas olan bir həyati zirvə fəth edilməsində yeni-yeni töhfələr vermişdir.
Bu böyük Şəxsiyyətin xalqımıza, vətənimizə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti Azərbaycanımızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir səhifə açmış, çoxsaylı nailiyyətlərinin əldə olunmasında misilsiz xidmətlər göstərmişdir. Parlaq zəka, dərin düşüncə, müdrik qərarlar isə unudulmaz Liderin həyat və fəaliyyəti haqqında hələ çox yazılacaq, danışılacaq bu şərəfli həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdıracaqdır. Əlbəttə, bütün bu dəyərləri gələcək nəsillərə çatdırmaq bizlərin ziyalılıq borcumuz, gələcək nəsillərimiz üçün isə əsl vətəndaşlıq nümunəsidir.
Heydər Əliyev müdrik zəkası vətənini və xalqını sonsuz, böyük məhəbbətlə sevən, andına, sədaqətlə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonların sevgisini qazanaraq öz ətrafında birləşdirməyi bacaran, hadisələri məntiqlə qiymətləndirib reallıqlardan düzgün nəticə çıxaran vətənpərvər bir insanın sahib olduğu bir gerçəklik idi. Məhz, bu müdrik zəka Azərbaycanı daimi inkişaf edən müstəqil, azad, demokratik bir ölkə olaraq beynəlxalq aləmdə layiqincə tanıtdı, Bununla da dövlətçilik maraqlarını uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələrini yaratdı. Müstəqilliyimizin ilk illərində ölkəmizi parçalanmaqdan, çeşidli dövlət çevrilişlərindən, müxtəlif özbaşınalıqlardan xilas edərək xalqımıza yeni, firavan, getdikcə güclənən, daha da gözəlləşən bir həyat; müstəqil Azərbaycanı bəxş etdi.
Ulu Öndərin xalqımızın qarşısında ən böyük xidmətlərindən biri də onun ölkəmizin gələcəyini həssaslıqla düşünərək varisliyin prinsiplərini, mahiyyətini və əhəmiyyətini çox düzgün qiymətləndirməsi, zamanında düzgün əsaslandırması olmuşdur. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləyərkən ilk olaraq xalqımızın, ölkəmizin gələcək taleyini düşünmüş, dövlətçiliyimiz üçün parlaq gələcəyin inşasını çox etibar etdiyi layiqli davamçısı, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin daha da inkişaf etdirəcəyinə əminliyini nümayiş etdirmişdir. Elə bu uzaqgörən siyasət özünü doğrultmuş, Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda və ən əsası torpaqlarımızın işğaldan azad olunmasında Dövlət-Xalq-Ordu birliyimizin heyrətamiz tamlığı, müdrikliyin bir daha əyani ifadəsinə çevrilmişdir.
Yüksək insani dəyərləri; düzgünlüyü, xeyirxahlığı, alicənablığı, dostluğu, kamilliyi, mərdliyi, saflığı və başqa ümumiinsanlıq üçün əsas olan dəyərləri vacib sayan dahi Şəxsiyyət eyni zamanda bəşəriyyətin savadlı gələcəyi üçün təhsilə önəm verirdi. Ümüdvarıq ki, qəlbimizdə böyük kədər dolu anı yaşadan 12 dekabr hüzn günü bizi heç bir zaman Ümummilli Liderimizdən ayıra bilməyəcəkdir. Fəxarətlə qeyd edirik ki, dünya insanlıq tarixinə adını qızıl hərflərlə yazdıran Heydər Əliyev zirvəsi zaman keçdikcə daim öz əsaslı, heyrətamiz mövqeyini qoruyacaq, ürəkləri Azərbaycanla döyünən bütöv xalqımız üçün qürur mənbəyi olacaqdır.
Nadir Babayev, Tərəqqi medallı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
“Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsisin mütəxəssisi