Xəbərlər

1 oktyabr 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə İş şöbəsinin təşkilatçılığı ilə Tələbə Gənclər Təşkilatının sədr və sədr müavininin seçilməsi məqsədilə görüş keçirilib. Görüşdə filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültənin dekanı M.A.Rəhimova, Tədbirlərin Təşkili və Tələbələrlə İş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.S.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib. Görüşdə Tələbə Gənclər Təşkilatının sədri, Tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Pünhan Novruzov, sədr müavini isə eyni ixtisas və tədris ilinin tələbəsi Əhəd Sadıqov seçilmişdir. Bu münasibətlə onları təbrik edir , gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.