Xəbərlər

24 dekabr 2022-ci il tarixində Cəlilabad rayon Heydər Əliyev Yaradıcılıq Mərkəzində Rayon Tələbə Gənclər Təşkilatının birgə fəaliyyətilə ADPU-nun Cəlilabad filialında “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının IV tədris ili tələbəsi Leyla Quluzadənin “Həsrət qoxulu mələklər” kitabının təqdimatı keçirilmişdir. Tədbirdə Filialın professor-müəllim heyətilə yanaşı Şəhid ailə üzvləri, Qazilər, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
İlk olaraq Dövlət Himnimiz səsləndirilib. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirələri anılıb, Onlara xüsusi hörmət və ehtiram bildirilib.
Kitabın müəllifi, mövzusu, real həyat amalı barədə iştirakçılara geniş məlumat verən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Hüseynov yaradıcı gənclərimizə lazımı şəraitin yaradılmasının qarşıda duran vacib məsələlərdən biri olduğunu vurğulayıb. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi Gənclər siyasətindən geniş söz açan natiq xüsusən vətənpərvərlik motivlərilə əhatə olunan belə bir növbəti kitabın məhz, istedadlı gəncimiz Leyla Quluzadə tərəfindən ərsəyə gəlməsini yüksək dəyərləndirib. Ümidvar olduğunu bildirib ki, müəllifin sonrakı çalışmaları da öz bəhrəsini verərək zəhmətkeş əzmin parlaq gələcəyinə yönələcəkdir.
44 Günlük Vətən Müharibəsində qəhrəmanlıq səlnamələrinin müxtəlif istiqamətlərdən qeydə alındığı bu əsərdə müəllif tərəfindən real faktlara əsaslanaraq araşdırmalar aparılmış, igid övladlarımızın daşıdığı müqəddəs vəzifələr, düşmənə qarşı əzmkar mübarizələr işıqlandırılmış, beləliklə torpaqlarımızın işğaldan azad olunması uğrundakı mübarizədə şəhid olmuş vətən övladlarımızın şanlı döyüş yollarına nəzər yetirilərək artıq ruhumuza hopmuş “Şəhidlər ölməz, Vətən bölünməz” müqəddəs idealının xalqımız üçün daimiyaşar olacağı vurğulanmış, Şəhid ailə üzvlərilə görüşdən alınan təəssüratlar qeydə alınmışdır.
Çoxsaylı çıxışlar, arzu və istəklərlə yadda qalan tədbirin sonunda qonaqlara kitablar hədiyyə edilmiş, “Həsrət qoxulu mələklər” əsərinin müəllifi Leyla Quluzadə və bütün tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.