26 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında 28 May Müstəqillik Günü ilə əlaqədar olaraq “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada pedaqoji fakultə dekanı M.A.Rəhimova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.S.Hüseynov, Təbiət və riyazi fənlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri F.Mürsəlli, E.İsmayılova, Ş.Namazova, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə pedaqoji fakültə dekanı M.Rəhimova açaraq Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olduğunu bildirib. Eyni zamanda bu respublikanın azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu vurğulayıb.
Təbiət və riyazi fənlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi, F.Mürsəlli əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu bildirib. Qısa ömründə müstəqil Azərbaycan Cümhuriyyəti tərəfindən böyük nailiyyətlər və qalibiyyətlərin əldə olunduğunu , ilk dəfə qadınlara seçim hüququ tanıyan, qadınlar və kişilər arasında hüquq bərabərliyinin təmin edildiyini bildirib. Eyni zamanda milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünün təmin edilmesi, iqtisadi islahatların məhz müstəqil Azərbaycan Cümhuriyyəti tərəfindən əldə olunması xüsusi vurğulanıb.
Tədbir tələbələr tərəfindən ünvanlanan sualların cavablandırılması ilə sona çatıb.