16 oktyabr 2026-cı ildə ADPU Cəlilabad filialının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional bölməsinin birgə təşkilatçılığı ilə ” Müstəqilliyin bərpası günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin baş məsləhətçisi C.Rəşidov , Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin baş məsləhətçisi C.Rəşidov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulayıb.
Filialın direktoru, dosent X.H.Sultanlı çıxış edərək, Azərbaycanın öz tarixində çoxsaylı mübarizələrdən keçərək 1918-ci ildə Qoca Şərqdə ilk müsəlman türk respublikasının qurduğunu söyləyib və bayram münasibəti ilə müəllim və tələbə heyətini təbrik edib.
Tədbirin davamında Filialın tələbələri N.Şirinova, Z.Şabili, D.Bayramova, J.Quliyeva çıxış ediblər.
Daha sonra TGT nəzdində fəaliyyət göstərən “Vətənpərvərlik “ klubu tələbələrinin hazırladığı səhnəcik (A.Məmmədli, L.Quliyeva, S.Fərəcli) nümayiş edilib. Sonda isə “Müstəqilliyin bərpası günü”nə həsr olunan video-çarx tədbir iştirakçılarına təqdim olunub.




