Xəbərlər

26 oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə iş şöbəsinin , Təbiət və sosial elmlər ,onların tədrisi texnologiyası kafedrasının birgə əməkdaşlığı çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir “ adlı elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Pedaqoji fakültənin dekanı M.A.Rəhimova, “ Tələbə və tədrisin idarə olunması şöbəsi”nin müdiri E.V.Muradlı , “Tədbirlərin Təşkili, Tələbələrlə iş şöbəsinin mütəxəssis”ləri N.Babayev, Ş. Hüseynov , “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi T.İsgəndərov , “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi , Tarix elmləri üzrə fəlsəfə doktoru K.Kərimova, baş müəllim Ə.Mirzəzadə, müəllim F.Mürsəlli, R.Sabirli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından ,qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan pedaqoji fakültənin dekanı M.A.Rəhimova, bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlərin olduğunu bildirərək Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət H.Əliyevin olduğunu bildirmişdir . Ulu Öndərin dövlətin müstəqilliyini hər şeydən üstün tutduğunu vurğulayaraq hər zaman xalqının azadlığı üçün öz canından keçməyə hazır olan bir lider olduğunu bildirib.

Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli Ulu Öndərin düzgün siyasətinin nəticəsində bugün dövlətimizin bir sıra Avropa dövlətləri ilə müştərək addımlayaraq istər təhsil sahəsində , istərsə də iqtisadiyyat sahəsində irəli addımladığını vurğulayıb .

Eyni kafedranın baş müəllimi Ə.Mirzəzadə Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsinin öz xalqına həmişə sədaqətlə xidmət etmək , Azərbaycan Respublikasını müstəqil dövlət kimi formalaşdırmaq və onun dinamik inkişaf yoluna qoymaq olduğunu konfrans iştirakçılarına söyləyib .

Tarix elmləri üzrə fəlsəfə doktoru, baş müəllim K.Kərimova Ümumilli liderin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsinin hələ uzun müddət diqqət mərkəzində olacağını bildirib .

Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi T.İsgəndərov bugün Azərbaycan dövlətinin müstəqilliyini əldə etmiş məhz regionun ən güclü dövlətlərindən biri olduğunu bildirərək H.Əliyev siyasətinin uğurla davam etdiyini söyləmişdir .

Tədbirlərin təşkili və tələbələrə iş şöbəsinin mütəxəssisi N.Babayev H.Əliyev irsini daim öyrənmək, qorumaq , təbliğ və tətbiq etmək bugünki gələcək nəsillərin qarşısında duran ən vacib məsələ olduğunu vurğulayıb .

Daha sonra Ümummilli liderin irsini özündə əks etdirən video-çarx konfrans iştirakçıları tərəfindən izlənilib. Tədbir tələbələrin çıxışları və suallarının cavablandırılması ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.