30 Oktyabr 2023- cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ” Tarixi yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı , Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Rzayev və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Ümumilli liderin 90-cı illərdən başlayaraq Azərbaycan Respublikasını suveren dövlət kimi tanıtmaq , onun müstəqilliyini əldə edib qoruyub saxlamaq və Avropa dövlətləri ilə razılaşmalar əldə edərək xalqımızın daim sülh şəraitində yaşamasını təmin etmək üçün bütün addımları atdığını vurğulayıb . “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur” deyə filialın direktoru bildirmişdir .
Tədbirlərin təşkili , tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olduğunu söyləyib . Həmçinin , Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu nəzərə çatdırmışdır .
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Rzayev, Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən birinin də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması olduğunu vurğulayaraq, ölkədə o dövrdə hərbi qüvvələrinin yaradılması ilə Ulu Öndərin buna nail olduğunu bildirib.
Tədbir sonda tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.