2024-cü ilin yanvar ayının 7-dən etibarən ADPU-nun Cəlilabad filialında payız semestrinin qış imtahan sessiyasına start verilib.Yanvar ayının 10-da filialın direktoru,dosent X.H.Sultanlı və pedaqoji fakültənin dekanı M.A.Rəhimova imtahan zallarını ziyarət edərək imtahanın prosesinin gedişatı ilə tanış olublar. Qeyd edək ki, filialda imtahanlar gün ərzində 2 növbədə təşkil olunur. Tələbələrin müraciətlərinə operativ qaydada baxılması üçün filialda İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına , imtahan nəticələrindən narazı qaldıqlarında isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.