7 noyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “8 Noyabr Zəfər Günü” nə həsr olunan tədbir keçirilib.
Tədbirdə filialın direktoru,dosent X.H.Sultanlı, pedaqoji fakültənin dekanı M.A.Rəhimova , Vətən müharibəsi iştirakçıları, filialımızın məzunları, qazi İmanov Orxan, Əliyev Sirac, müxtəlif struktur bölmənin əməkdaşları, professor -müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, bütün müharibələrdə işğalların sonunun işğalçıların məğlubiyyəti ilə bitdiyini vurğulayaraq, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanıb özünün ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb .
Pedaqoji fakültənin dekanı M.A.Rəhimova, şəhidlərin öz canları ilə əldə etdikləri bu qələbəni, dövlətimizin müstəqilliyini qorumağı hər birinizin borcu olduğunu bildirib.
Tədbirin davamında qəhrəman qazilərimiz İmanov Orxan və Əliyev Sirac öz hisslərini, arzularını, müharibədə yaşadıqları faktları tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev də bu sevincli günü şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına borclu olduğumuzu söyləyib.
Tədbirin davamında filialın professor- müəllim heyəti bu qürurlu günün bəxş etdiyi hissləri tədbir iştirakçıları ilə paylaşıblar.
Daha sonra filialın tələbələri olan S.Mahmudova, F.Nağıyevanın ifasında “İgid əsgər möhkəm dayan “, S.Səfərova, Z.Dadaşova, A.Tarverdili, F.Nağıyeva, X.Muradovanın təşkilatçılığı ilə hazırlanan “Şuşanın dağları” rəqsi nümayiş edilib.
Z.Feyziyeva Ə.Sadıqovun aparıcılığı ilə davam edən tədbirdə , R.Feyziyevin gitara çıxışı ilə ifa etdiyi ” Xudayar təsnifi” musiqisi, H.İsmayılov, S.Rəhimov və A.Qurbanovun “Şalaxo və ritm” rəqsləri, Z.Əsgərlinin şeir çıxışı iştirakçılar tərəfindən maraqlı qarşılanıb. Tədbirin sonunda isə “Qarabağ şikəstəsi” ifa edilib.
