26 may 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında 2023/2024-cü tədris ili üzrə “Pedaqoji təcrübənin yekunu” ilə əlaqədar bağlanış konfransı keçirilib. Konfransda filialın pedaqoji fakültə dekanı M.A.Rəhimova, pedaqoji təcrübə rəhbəri B.Məhərrəmov, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri E.Muradlı, professor-müəllim heyəti və buraxılış qruplarının tələbələri iştirak edib .
Konfransı giriş nitqi ilə açan pedaqoji təcrübə rəhbəri B.C.Məhərrəmov pedaqoji təcrübənin buraxılış qrupu tələbələrinin fəaliyyətlərində mühim rol oynadığını qeyd edərək, bir çox tələbələrin məktəblərdə keçdiyi sınaq dərslərində uğur qazandıqlarını və təhkim olunduqları təhsil müəssisələrindən müsbət, xoş rəylər eşidildiyini vurğulayıb. Daha sonra cari ilin buraxılış qruplarının pedaqoji təcrübə ilə bağlı statistik nəticələrinin təhlilini dinləyicilərin diqqətinə çatdıraraq, sınaq dərslərinin məqbul və qənaətbəx olduğunu onlara söyləyib.