Xəbərlər
Rəy yoxdu

7 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialı, Cəlilabad rayon Heydər Əliyev mərkəzi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü”nə həsr olunan “Heydər Əliyev Müasir Dövlət Gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl Filialın daxilində sərgi təşkil olunub. Sərgidə Ümummilli liderin həyatından bəhs edən şəkil və posterlər tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru O.Sadatova, Cəlilabad rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi S.Əsgərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsinin məsləhətçisi H.Hümbətov, bələdçi T.Ağayeva, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Ulu Öndər Heydər Əliyevin beş dəfə keçmiş SSRİ-nin “Lenin” ordeni ilə, “Qırmızı Ulduz” ordeni və çoxsaylı medallarla təltif edildiyini, həmçinin iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görüldüyünü vurğulayıb.
Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru O.Sadatova, Cəlilabad rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi S.Əsgərov tədbirlə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda Ümummilli liderə həsr olunan video-çarx izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.