Kafedralar

 

ADPU –nun Cəlilabad filialının “ Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının professor – müəllim heyətinin üzərinə mühim vəzifələr düşür. Onlar innovasiyadan, yeni təlim texnologiyalarından, interaktiv təlim metodlarından məqsədyönlü faydalanmaqla yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində mühim işlər görür, tələbələrə elmlərin əsaslarını öyrədir, onları praktik vərdişlərə yiyələndirirlər. Respublikada yeni fənn proqramlarının ( kurikulum) tətbiqinin davam etdirilməsi,yeni təlim texnologiyalarından dərslərdə istifadə olunmasının zəruriliyi aliməktəblərdə, o cümlədən ADPU – nun Cəlilabad filialında müəllim hazırlığının təkmilləşdirilməsini tələb edir.

Odur ki, ADPU Cəlilabad filialının “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası “kafedrasında İbtidai sinif müəllimliyi Azərbaycan dili və ədəbiyyatı , Məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə tədris edilən fənlərin proqramlarına, dərslik və dərs vəsaitlərinə yeni dövrün aktual məsələlərini daxil etməyə ehtiyac vardır:

  1. a) Yeni proqramın ( kurikulum) məzmununu və mahiyyətini tələbələrə daha yaxşı mənimsətmək, onların elmi – nəzəri və metodik hazırlıqlarını yüksəltmək
  2. b) Gələcək müəllimlərin müasir təlim texnologiyalarından istifadə etməklə müasir dərs metodlarına yiyələnmələrinə nail olmaq;
  3. c) Interaktiv təlim metodları əsasında şagird fəaliyyətinin təşkilinə nail olmağa, İKT-dən istifadə etmək bacarıqlarını formalaşdırmağa çalışmaq;

 

  1. d) Tədris fəaliyyətinin elmi yaradıcılıq və tədqiqatçılıq fəaliyyəti ilə davam etdirilməsinə istiqamətləndirmək

Pedaqoji yönümlü fənlərin tədrisi metodikasının tədris olunduğu “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasında toplanmış ənənələrin davam etdirilməsini və təkmilləşdirilməsini həyata keçirmək lazımdır.

 

Kafedranın tarixi

“Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialının struktur vahidi kimi yaradılmış, 2015-ci ilədək bu institutun Cəlilabad filialının tərkibində fəaliyyət göstərmişdir. 2015-2018-ci illərdə bu kafedra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tərkibində fəaliyyət göstərmişdir. Müxtəlif vaxtlarda kafedraya p. e.n V. K . Qurbanov , f.ü.f.d. E.S.Mirzəyev  rəhbərlik etmişlər. 2016-cı ilin oktyabr ayından kafedraya dos. Yədulla Beydulla oğlu Dadaşlı rəhbərlik edir.

Kafedra əməkdaşları ilk günlərdən başlayaraq yüksək ixtisaslı müəllim kadrları hazırlığına diqqətlə yanaşmış və hazırda da yanaşmaqdadırlar. Kafedra üzrə olan gənc  müəllimlər və tədris köməkçi heyətin dərindən ixtisaslaşmasına, pedaqoji ustalığının artırılmasına , elmi-pedaqoji fəaliyyətinin yaxşılaşdırılmasına diqqət və qayğı ilə yanaşılır. Ali və orta məktəbdə kafedranın istiqamətinə uyğun olan fənlərin tədrisinin keyfiyyətini yüksəltməsi istiqamətində elmi tədqiqat işi aparılır.

“ Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrası

Respublikada ali təhsilin bakalavriat pilləsində Azərbaycan dili və ədəbiyyatı müəııimliyi” , “ İbtidai sinif müəllimliyi” , “Məktəbəqədər təlim və tərbiyə” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır. Bunlardan əlavə, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” , “Tarix və coğrafiya müəllimliyi” istiqamətləri üzrə qeyri-ixtisas kafedrası kimi də fəaliyyət göstərir.

Kafedra müasir təhsil sisteminin xüsusiyyətlərinə uyğun kəmiyyətlərə malik olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 50-dən çox müxtəlif fənlərin tədrisini həyata keçirir. Kafedranın tədris etdiyi fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən  Azərbaycan dilində tədris olunur. Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri biliklərə yiyələnmək və təcrübə vərdişlərini artırmaq məqsədilə elmi seminarlar keçirilir. Tələbələrə qazandıqları elmi bilikləri praktikaya tətbiq etmək bacarıqları öyrədilir. Tələbələrimiz Cəlilabad şəhərinin nümunəvi tam orta məktəblərində pedaqoji təcrübə keçməklə müasir təlim metodlarına yiyələnir, şagirdlər və orta məktəb kollektivi ilə birgə müxtəlif tədbirlər (viktorinalar, müsabiqələr və.s) keçirirlər. Kafedra əməkdaşları “Ali və orta məktəblərdə pedaqoji yönümlü fənlərin müasir tədrisi metodikası problemləri” istiqamətində elmi-tədqiqat işləri aparılır. Kafedranın nəzdində tədris kabinetləri, təlimdə texniki vasitələr laboratoriyası fəaliyyət göstərir . Kafedra əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin , müxtəlif ali məktəblərin müvafiq kafedraları ilə elmi-pedaqoji və elmi-tədqiqat işləri aparır, elmi seminar və konfranslarda iştirak edir.

 

Kafedrada 6 nəfər fəlsəfə doktoru, 1 nəfər dosent, 12 nəfər doktorant və dissertant, 12 nəfər baş

müəllim, 17 nəfər müəllim, 2 nəfər filologiya doktoru, 2 nəfər professor çalışır.

Kafedra müdiri Dosent, f.ü.f.d.- Yədulla Beydulla oğlu Dadaşlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.