Kafedralar

Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası

“TƏBİƏT VƏ SOSİAL ELMLƏR VƏ ONLARIN TƏDRİSİ TEXNOLOGİYASI” KAFEDRASI

Kafedra 3 elmlər namizədi olmaqla 21 müəllim (9 nəfər baş müəllim) heyətindən ibarətdir. Kafedra ADPU Cəlilabad filialının iş planından və SİP-dən irəli gələn məsələləri istiqamət götürməklə fəaliyyət göstərməkdədir.

Kafedra aşağıdakı işləri icra etməkdədir:

1.Kafedra iclaslarının keçirilməsi qrafiklərinin təsdiq edilməsi

2.Fənn proqramların standartlara uyğunluğuna nəzarət və yeni proqramların əldə edilməsi. Sillabusların kafedranın professor-müəllim heyətinə təqdim edilməsi və müzakirəsi

3.Bütün ixtisaslar və kurslar üzrə tədris planında aparılmış dəyişikliklərin nəzərə alınması, yeni tədris ilinə hazırlıq və dərs yükünün tərtibi, müzakirəsi və təsdiqi.

4.Fənlər üzrə təqvim-tematik planların (sillabusların) müzakirəsi, kafedra iclaslarında təsdiqi və ilk dərs  həftəsində tələbələrə təqdim edilməsi

5.Pedaqoji təcrübənin (internaturanın) təşkilində kafedra əməkdaşlarının tələbələrə köməklik etmələri

6.Müəllimlərin illik hesabatlarının təsdiq edilməsi və fərdi iş planlarının yerinə yetirilməsinin müzakirəsi

7.Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı qərarı və 14 iyun 2017-ci ildə 257 nömrəli əlavənin tələblərinin kafedra fəaliyyətinin strateji istiqaməti kimi götürülməsi, tədris prosesində həmin qaydaların düzgün tətbiq olunması və o mövcud vəziyyətin araşdırılması.

8.Kafedrada Elm və Təhsil Nazirliyinin, ADPU Elmi Şurasının və filial rəhbərliyinin təlimat və əmrləri ilə tanışlıq və onların icrası

9.Kafedrada tədris olunan fənlərdən akademik borcu qalmış tələbələrin fənləri təkrar dinləmələrini nəzərə alaraq dərs yüklərində və saat hesabı fənlərin tədrisini təşkil etmək

10.Kafedra əməkdaşlarının açıq dərslərinin qrafikinin tərtibi, açıq dərslərin təşkili və müzakirəsi.

11.İmtahan sessiyasına hazırlıq, imtahan suallarının müzakirəsi, təsdiqi, tələbələrə çatdırılması və imtahan biletlərinin hazırlanması.

12.Semestr sonu imtahan sessiyasının yekunlarının müzakirəsi

13.Kafedranın tədris yüklərinin layihəsinin hazırlanması

14.Kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin hesabatlarının müzakirəsi

15.Tədris ili ərzində kollokviumların keçirilməsi, sərbəst iş mövzularının tələbələrə çatdırılması və icrasına nəzarəti təmin etmək.

16.Kafedra əməkdaşlarının çap işlərinin (monoqrafiya, dərslik, dərs vəsaiti, metodik tövsiyə, proqram, məqalə, tezislər və s.) icrasına nəzarət etmək

17.Müəllimlərin elmi-tədqiqat işlərinin nüfuzlu beynəlxalq jurnallarda dərc edilməsinə nail olmaq

18.Tədrisin keyfiyyətinin artırılması üzrə daima işlərin görülməsi

19.Kafedra iclasların keçirilməsi və müzakirə olunan məsələlər haqqında təkliflərin təqdim edilməsi

20.Kafedraların kadr potensialının inkişaf etdirilməsi və yüksəskixtisaslı mütəxəssislərin tədris prosesinə cəlb olunması məqsədi ilə kafedranın insan resursları (professor-müəllim heyəti) bazasının yaradılması . Mühazirə mətnlərinin, dərs və dərs vəsaitlərinin hazırlanması və çapı, filialın internet səhifəsində yerləşdirilməsi (Mood LMS platforması)

21.Kafedraların ölkə ali məktəblərinin eyniprofilli kafedraları və elmi-tədqiqat institutları ilə iş birliyinin qurulması

22.İnnovativ və yaradıcı üsullarla öyrənmə prosesini həyata keçirə bilmələri üçün professor-müəllim heyətinin dəstəklənməsi

23.İnnovativ və interaktiv tədris və təlim materiallarının hazırlanması,yenilənməsi

24.Dərs ilinin yekunlarının müzakirəsi və kafedranın fəaliyyəti haqqında filial rəhbərliyinə hesabat vermək.

Kafedralar

Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası

 

ADPU –nun Cəlilabad filialının “ Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının professor – müəllim heyətinin üzərinə mühim vəzifələr düşür. Onlar innovasiyadan, yeni təlim texnologiyalarından, interaktiv təlim metodlarından məqsədyönlü faydalanmaqla yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində mühim işlər görür, tələbələrə elmlərin əsaslarını öyrədir, onları praktik vərdişlərə yiyələndirirlər. Respublikada yeni fənn proqramlarının ( kurikulum) tətbiqinin davam etdirilməsi,yeni təlim texnologiyalarından dərslərdə istifadə olunmasının zəruriliyi aliməktəblərdə, o cümlədən ADPU – nun Cəlilabad filialında müəllim hazırlığının təkmilləşdirilməsini tələb edir.

Odur ki, ADPU Cəlilabad filialının “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası “kafedrasında İbtidai sinif müəllimliyi Azərbaycan dili və ədəbiyyatı , Məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə tədris edilən fənlərin proqramlarına, dərslik və dərs vəsaitlərinə yeni dövrün aktual məsələlərini daxil etməyə ehtiyac vardır:

  1. a) Yeni proqramın ( kurikulum) məzmununu və mahiyyətini tələbələrə daha yaxşı mənimsətmək, onların elmi – nəzəri və metodik hazırlıqlarını yüksəltmək
  2. b) Gələcək müəllimlərin müasir təlim texnologiyalarından istifadə etməklə müasir dərs metodlarına yiyələnmələrinə nail olmaq;
  3. c) Interaktiv təlim metodları əsasında şagird fəaliyyətinin təşkilinə nail olmağa, İKT-dən istifadə etmək bacarıqlarını formalaşdırmağa çalışmaq;

 

  1. d) Tədris fəaliyyətinin elmi yaradıcılıq və tədqiqatçılıq fəaliyyəti ilə davam etdirilməsinə istiqamətləndirmək

Pedaqoji yönümlü fənlərin tədrisi metodikasının tədris olunduğu “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasında toplanmış ənənələrin davam etdirilməsini və təkmilləşdirilməsini həyata keçirmək lazımdır.

 

Kafedranın tarixi

“Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialının struktur vahidi kimi yaradılmış, 2015-ci ilədək bu institutun Cəlilabad filialının tərkibində fəaliyyət göstərmişdir. 2015-2018-ci illərdə bu kafedra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tərkibində fəaliyyət göstərmişdir. Müxtəlif vaxtlarda kafedraya p. e.n V. K . Qurbanov , f.ü.f.d. E.S.Mirzəyev  rəhbərlik etmişlər. 2016-cı ilin oktyabr ayından kafedraya dos. Yədulla Beydulla oğlu Dadaşlı rəhbərlik edir.

Kafedra əməkdaşları ilk günlərdən başlayaraq yüksək ixtisaslı müəllim kadrları hazırlığına diqqətlə yanaşmış və hazırda da yanaşmaqdadırlar. Kafedra üzrə olan gənc  müəllimlər və tədris köməkçi heyətin dərindən ixtisaslaşmasına, pedaqoji ustalığının artırılmasına , elmi-pedaqoji fəaliyyətinin yaxşılaşdırılmasına diqqət və qayğı ilə yanaşılır. Ali və orta məktəbdə kafedranın istiqamətinə uyğun olan fənlərin tədrisinin keyfiyyətini yüksəltməsi istiqamətində elmi tədqiqat işi aparılır.

“ Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrası

Respublikada ali təhsilin bakalavriat pilləsində Azərbaycan dili və ədəbiyyatı müəııimliyi” , “ İbtidai sinif müəllimliyi” , “Məktəbəqədər təlim və tərbiyə” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır. Bunlardan əlavə, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” , “Tarix və coğrafiya müəllimliyi” istiqamətləri üzrə qeyri-ixtisas kafedrası kimi də fəaliyyət göstərir.

Kafedra müasir təhsil sisteminin xüsusiyyətlərinə uyğun kəmiyyətlərə malik olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 50-dən çox müxtəlif fənlərin tədrisini həyata keçirir. Kafedranın tədris etdiyi fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən  Azərbaycan dilində tədris olunur. Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri biliklərə yiyələnmək və təcrübə vərdişlərini artırmaq məqsədilə elmi seminarlar keçirilir. Tələbələrə qazandıqları elmi bilikləri praktikaya tətbiq etmək bacarıqları öyrədilir. Tələbələrimiz Cəlilabad şəhərinin nümunəvi tam orta məktəblərində pedaqoji təcrübə keçməklə müasir təlim metodlarına yiyələnir, şagirdlər və orta məktəb kollektivi ilə birgə müxtəlif tədbirlər (viktorinalar, müsabiqələr və.s) keçirirlər. Kafedra əməkdaşları “Ali və orta məktəblərdə pedaqoji yönümlü fənlərin müasir tədrisi metodikası problemləri” istiqamətində elmi-tədqiqat işləri aparılır. Kafedranın nəzdində tədris kabinetləri, təlimdə texniki vasitələr laboratoriyası fəaliyyət göstərir . Kafedra əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin , müxtəlif ali məktəblərin müvafiq kafedraları ilə elmi-pedaqoji və elmi-tədqiqat işləri aparır, elmi seminar və konfranslarda iştirak edir.

 

Kafedrada 6 nəfər fəlsəfə doktoru, 1 nəfər dosent, 12 nəfər doktorant və dissertant, 12 nəfər baş

müəllim, 17 nəfər müəllim, 2 nəfər filologiya doktoru, 2 nəfər professor çalışır.

Kafedra müdiri Dosent, f.ü.f.d.- Yədulla Beydulla oğlu Dadaşlı

Xəbərlər

ADPU-nun Cəlilabad filialında “Polisə Dəstək İctimai birliyi”nin “İnsan Alveri, Erkən nikahlar , İntiharlar və Məişət zorakılıqları” mövzusunda tədbiri keçirilib.

23 may 2024-cü ildə ADPU-nun Cəlilabad filialında “Polisə Dəstək İctimai birliyi”nin “İnsan Alveri, Erkən nikahlar , İntiharlar və Məişət zorakılıqları” mövzusunda tədbiri keçirilib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, “Polisə Dəstək” İB Təşkilatının sədri Şəmsəddin Əliyev, Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi VMİE, polis mayoru A.Atakişiyev, Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı H. Kərimov, Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı İ.Abbasov,  Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev , Ş. Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər . Tədbirdə Təşkilatın sədri Ş.Əliyev İnsan Alveri, Erkən nikahlar , İntiharlar və Məişət zorakılıqları, onları yaradan səbəblər və şərait , mövcud problemlərin aradan qaldırılması yolları mövzusundan geniş şəkildə bəhs edərək tədbir iştirakçılarını bu mövzuda maarifləndirib. Tədbir mövzu ətrafında ünvanlanan sualların mütəxəssislər tərəfindən geniş şəkildə izah olunması ilə yekunlaşıb .