31 yanvar 2025- ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov , Ümumi işlər üzrə prorektoru Tural Cəlilov , Rektorun müşaviri Ümid Mehdiyevin filiala rəsmi səfəri baş tutub .
Səfər zamanı filialın tədris korpusunun qəzalı vəziyyəti ilə bağlı binaya baxış keçirilib, ayrı-ayrı qruplarla imtahan prosesi müşahidə olunub və tələbələri maraqlandıran suallara cavab verilib. Sonra isə filialın II tədris korpusuna səfər olunub. Filialın müxtəlif struktur bölmələrinin əməkdaşları ilə görüş keçirilib, iş prosesi müzakirə olunub və lazımi tövsiyyələr verilib .
Daha sonra filial kollektivi ilə ümumi iclas keçirib . İclasda filialın direktoru, dosent X.H.Sultanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov , Ümumi işlər üzrə prorektor Tural Cəlilov , Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun müşaviri Ümid Mehdiyev , filialın İnzibati və təsərrüfat işləri üzrə direktor müavini A.Ağahüseynov, Pedaqoji fakültənin dekanı M.Rəhimova, struktur bölmələrin rəhbərləri və əməkdaşları, professor müəllim heyəti iştirak edib .
İclasda filialın direktoru, dosent X.H.Sultanlı çıxış edərək filialda görülən işlər, filialın inkişaf dinamikası , qarşıda duran vəzifələr barədə qonaqlara və filial əməkdaşlarına məlumat verib .
ADPU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov öz çıxışında filialın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danışıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə filialın 3 müəllimi – Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Şöhrət Namazova, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Mahmudağa Qasımov, İltifat Bağırov “Yubiley medalı” ilə təltif edilib .
Daha sonra Fakültə dekanı M.Rəhimova çıxış edərək təltif olunan əməkdar müəllimləri təbrik edib, ADPU rəhbərliyinin filiala göstərdiyi diqqət və qayğıya görə onlara öz təşəkkürünü bildirib. Səfər əməkdaşlarla xatirə şəkilinin çəkilməsi ilə yekunlaşıb .