Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən yüksək bal toplayan tələbələrin mükafatlandırılması ilə bağlı tədbir keçirilib . Tədbirdə ADPU rektoru professor Cəfər Cəfərov , ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, müxtəlif filialların rəhbər şəxsləri iştirak ediblər. Tədbirdə yüksək balla ADPU-nun Cəlilabad filialına qəbul olan Əhmədli İnci də mükafatlandırılıb. Qeyd edək ki, Əhmədli İnci 2025-2026-cı tədris ilində 584.4 bal toplayaraq ADPU Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub.




