4 mart 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə Klassik dövr mütəfəkkirlərinin yaradıcılığına həsr olunan “Poeziya gecəsi” keçirilib.
Tədbirdə Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri Y.Dadaşlı, f.ü.f.d A.Əhmədov, kafedranın baş müəllimi T.İsgəndərov, müəllim R.Muradlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi E.İsmayılova və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, f.ü.f.d A.Əhmədov çıxış edərək Klassik dövr mütəfəkkirlərinin yaradıcılığında əsas məqamlara toxunub.
Daha sonra Azərbaycan şairi, farsdilli poeziyanın klassiki, intibah dövrü ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin yaradıcılığına aid vacib məqamlar vurğulanıb və onun yaradıcılığına aid M.Hüseynzadə şeir ifası səsləndirib.
Çıxışdan sonra “İsgəndərnamə”də yer alan Nüşabə ilə İsgəndərin görüş səhnəsini canlandırmaq üçün səhnəyə L.Fətəliyeva, M.İskəndərov, Ç.Babayeva və İ.Cabbarov dəvət olunub.
Tədbirin davamında M.Füzulinin yaradıcılığına toxunularaq onun “Leyli və Məcnun” əsərindən Leyli və anasının dialoqunu səhnəyə gətirmək üçün L. Fətəliyeva və M.Hüseynzadə dəvət edilib.
Daha sonra Səməd Vurğunun “Vaqif” dramından “Vaqiflə Qacarın görüş səhnəsi”ni təqdim etmək üçün səhnəyə . M. Cəfərli , A.Əliyev, M. İskəndərov və İ.Cabbarov dəvət olunub.
Tədbirin sonunda Cəlilabad rayon Musiqi məktəbinin şagirdi R.Ağayevin “Xudayar təsnifi” ifası tədbir iştirakçıları tərəfindən dinlənilib.
