ADPU-nun Cəlilabad filialında 8 aprel 2025-ci il tarixində “ Konstitusiya və Suverenlik İli”nə həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiya filialın yaxınlığında yerləşən Mehdi Hüseyn küçəsində, yolun kənarındakı ərazini əhatə etmişdir. Ağacəkmə aksiyasında filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Aksiyada 100 ədədə yaxın ağacın əkilməsi, daha öncədən əkilmiş ağacların suvarılması və ətraflarının ot örtüklərindən təmizlənməsi işləri görülüb.

Oxşar xəbərlər
ADPU-nun Cəlilabad filialının kollektivi Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” mərasimində iştirak edib
12 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” münasibətilə ADPU-nun Cəlilabad filialının direktoru dosent X.H.Sultanlı, professor-müəllim heyəti və filialın tələbə kollektivi Cəlilabad şəhəri Heydər Əliyev parkında yerləşən…