Xəbərlər

11 oktyabr 2023-cü il tarixində Cəlilabad rayon İcra Hakimiyyətinin, Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun və Lənkəran – Astara Regional Təhsil idarəsinin Cəlilabad rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə ADPU-nun Cəlilabad filialında . “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, Lənkəran – Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov, Cəlilabad Rayon İH başçısı Aparatının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Vahid Mirzəyev , dini qurumlarla işin təşkilatçısı, Cəlilabad Təhsil sektorun aparıcı məsləhətçisi Tacəddin Əli, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Cavidan Rəşidov, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Son əsrlər bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə, Yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib. Bu cür mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətləri getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Tədbirdə məruzəçilər dini radikalizm və ekstremizmlə genişmiqyaslı mübarizənin aparıldığını qeyd edərək, milli-mənəvi və ənənəvi dəyərlərimizə zidd dini düşüncələrlə mübarizədə maarifləndirmənin böyük əhəmiyyət daşıdığını və dini radikalizm və ekstremizmə qarşı mübarizədə vətəndaşlar dövlət orqanları ilə birlikdə fəal iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməlidirlər deyə bildiriblər .
Maarifləndirici görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.