3 Oktyabr 2025 – ci il tarixində ADPU-nun Cəlilabad filialında “Beynəlxaq Müəllimlər günü” nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru , dosent X.H.Sultanlı, struktur bölmə rəhbərləri və əməkdaşları , filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, dünyada hər şeyə dəyər verməyin mümkün olduğunu söyləyərək , müəllimin əməyinə əsla dəyərinin ölçülə bilməyəcəyini bildirib. Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri, Ş.Namazova, Ə.Mirzəzadə, Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi T.İsgəndərov müəllimliyin dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşə olduğunu bildirərək, hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətinin olduğunu vurğulayıblar. Daha sonra filialımızın tələbələri Z.Quliyeva, L.Əzimova, G.İsmayılova, G.Məmmədli öz çıxışlarını və şeir ifalarını tədbir iştitrakçıları ilə bölüşüblər. Tədbirin sonunda “Müəllimlər Günü”nə həsr olunan video-çarx izlənilib.




