Xəbərlər

16 oktyabr 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında “Psixoloji Mərkəzin” I tədris ilinin tələbələri üçün təşkil etdiyi “Adaptasiya uğura ilk addımdır ” adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin rəhbəri A.Səlimzadə, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, Pedaqoji fakültənin dekan müavini E.İsmayılova, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş. Hüseynov, psixoloq F.Əzimov, İnsan resursları şöbəsinin əməkdaşı Z.Qocazadə iştirak edib və mövzu ilə baglı fikirlərini bildiriblər.
Mərkəzin rəhbəri A.Səlimzadə tələbələrə Ali məktəb həyatına adaptasiyanın psixoloji aspektləri, sosial münasibətlər və qrupdaxili ünsiyyət, stress və həyəcanla mübarizə yolları barədə danışmış, tələbələrə bununla bağlı tövsiyələr vermişdir.
Tədbirdə psixoloq və müəllimlərlə yanaşı tələbələr də öz fikirlərini bölüşüb və belə tədbirlərin tez- tez təşkil olunmasını arzulayıblar.
Tədbirin sonunda tələbələrə həzin musiqi sədaları altında tədbir haqqında rəylərini yazmaq üçün rəngli vərəqlər paylanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.