Xəbərlər

23 oktyabr 2025-ci ildə ADPU-nun Cəlilabad filialının tələbələri “Konstitusiya və Suverenlik İli”nə həsr olunan ekskursiyada iştirak edib. Səfər I tədris ilinin tələbələri ilə “Tarix” muzeyində və Cəlilabad Rayonu Heydər Əliyev Mərkəzində təşkil olunub. Ekskursiyada Filialın baş müəllimi Ə.Mirzəzadə və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov iştirak edib. Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə muzeydə olan tarixi abidələrlə tələbələri tanış edib və onların tarixi, necə əldə olunması haqqında yeni tədris ilinin tələbələrini maarifləndirib. Daha sonra filial tələbələri Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.