4 mart 2026-cı ildə ADPU-nun Cəlilabad filialında Azərbaycan Respubliklasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən “Ağacəkmə aksiyası” keçirilib. Aksiya filialın yaxınlığında yerləşən Mehdi Hüseyn küçəsində, yolun kənarındakı ərazini əhatə etmişdir. Ağacəkmə aksiyasında filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Aksiyada 50 ədədə yaxın ağacın əkilməsi, daha öncədən əkilmiş ağacların suvarılması işləri görülüb.




