10 dekabr 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə” həsr olunan şeir müsabiqəsi keçirilib . Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tələbələrin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənilərək qiymətləndirilib. Nəticələrə əsasən ilk 3 yerin sahiblərini və həvəsləndirmə ilə təltif olunan tələbələrin siyahısını nəzərinizə çatdırırıq.
I yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Hüseynzadə Mirzəhra Hüseyn qızı
II yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Muradova Aytən Cavid qızı
III yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi İmanova Fatimə Rəsul qızı, Məktəbəqədər təhsil ixtisasının II tədris ilinin tələbəsi Mirqiyaszadə Rüqayyə Ziya qızı
Həvəsləndirmə – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi İsmayılova Məhdiyyə İsmayıl qızı, Məktəbəqədər təhsil ixtisasının I tədris ilinin tələbəsi Məmmədli Aytac Araz qızı.
Qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.




