Xəbərlər

22 oktyabr 2025-ci ildə ADPU-nun Cəlilabad filialında Prezident Təqaüdçüsü, Rayon Veteranlar təşkilatının sədri, şair-publisist Ədalət Salmanın Vətən müharibəsi qəhrəmanı Şəhid Abdullayev Rəşad Arif oğluna həsr olunan “Murovun Aslanı” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə ilk olaraq Ulu Öndərin və Vətən uğrunda canından , qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib .
Tədbirdə Filial rəhbərliyi, professor-müəllim heyəti, əmək və müharibə veteranları, şair və yazıçılar, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yazıçılar birliyinin üzvi Əfrahim Abbas tədbirin gedişatı haqqında məlumat verdikdən sonra sözü kitabın müəllifi Ədalət Salmana təqdim edib. Müəllif öz çıxışında kitabın məzmunu, Şəhid Abdullayev Rəşad Arif oğlunun keçdiyi rəşadətli döyüş yolundan bəhs edib. Daha sonra söz tədbir iştirakçılarına təqdim edilib. Filialın direktoru, dosent X.H.Sultanlı, Qarabağ Qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Şəhid Rəşad Abdullayevin atası Abdullayev Arif, bacısı, filialımızın tələbəsi olan Fərəcova Ayna, Yazıçılar birliyinin üzvləri Ruhiyyə Abbaszadə, İman Abdulla, f.ü.f.d İlqar İsmayılzadə, Şəhid Orxan Paşayevin atası Nazim Paşayev, Şəhid qardaşı Nazim Üçtəpəli, şair-publisist Nadir Şükürov, Mərkəzi kitabxananın əməkdaşı Müşahidə Nərimanova çıxış edərək Ədalət Salmana Vətən müharibəsi qəhrəmanı haqqında yazılan kitaba görə öz dərin təşəkkürlərini bildirib və daim bu yolda ona uğurlar arzu ediblər.Tədbirin sonunda Prezident Təqaüdçüsü Ədalət Salman tədbir iştirakçılarına xoş sözlərinə görə öz təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.