🎄 Əziz tələbələr! ✨
ADPU-nun Cəlilabad filialının Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 2026 Yeni il Karnavalı keçiriləcəkdir.
Tədbirin əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkili, universitet daxilində bayram əhval-ruhiyyəsinin yaradılması, birlik və həmrəyliyin gücləndirilməsidir. Karnaval çərçivəsində rəsmi və bədii hissələr, müxtəlif maraqlı çıxışlar və əyləncəli anlar təqdim olunacaq.
🎁 Qeyd: Tədbir zamanı püşkatma keçiriləcək və 2 nəfər iştirakçıya hədiyyə təqdim olunacaq.
📌 Tarix: 23 dekabr
🕚 Saat: 11:00
📍 Məkan: Əsas korpus, bufet
🎭 Format: 2 hissəli (rəsmi və bədii)
Yeni ili birlikdə qarşılamaq, yeni ümidlər və uğurlarla dolu bir il üçün ilk addımı atmaq üçün hamınızı tədbirimizdə gözləyirik! 🌟
#ADPU
#ADPUCəlilabad
#TGT




