Xəbərlər

3 aprel 2026-cı ildə Psixoloji xidmət və reabilitasiya mərkəzi tərəfindən ADPU-nun Cəlilabad filialında Təhsildə sosial- psixoloji xidmət ixtisasının I və II tədris ilinin tələbələri ilə ”Ümumdünya Autizm maarifləndirmə” gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Pedaqoji fakültənin dekanı, p.ü.f.d E.İsmayılova, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Əzimov, Mühasibatlıq şöbəsinin baş mühasib v.i.e G.Vəliyeva, Psixoloji xidmət və reabilitasiya mərkəzinin rəhbəri A.Kərimli, psixo-pedaqoq G.Mirzəyeva, psixoloq A.Qürbətova, və tələbələr iştirak ediblər.
Təlimin əsas məqsədini psixologiya üzrə təhsil alan tələbələrə autizm uşaqları ilə işləmə bacarıqlarını inkişaf etdirmə və hansı yanaşma növlərini həyata keçirməli olduğları biliklərinin formalaşdırılması təşkil edib. Tədbirin sonunda qonaqlar və tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.