06.11.2026-cı ildə Filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Dürdanə Əliyeva Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbdə Təhsil sektorunun təşkili ilə keçirilən “Şagirdlərin təlim nəticələrinin yüksəldilməsində valideyn məsuliyyəti və məktəblə əməkdaşlıq” mövzusunda konfransda iştirak edib.
Tədbirdə məktəb və ailənin şagirdlərin təhsil və inkişafında birgə məsuliyyəti, valideynlərin təhsil prosesində fəal iştirakı, sağlam ünsiyyətin və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məsələləri müzakirə olunub.
Çıxışlarda məktəb və ailə arasında qarşılıqlı etimadın, davamlı əməkdaşlığın və açıq dialoqun şagirdlərin akademik və sosial inkişafında mühüm rol oynadığı vurğulanıb. Həmçinin valideynlərin məktəblə əlaqəsinin yalnız formal görüşlərlə məhdudlaşmamasının, şagirdlərin fərdi xüsusiyyətləri və inkişaf ehtiyaclarının diqqətdə saxlanılmasının vacibliyi qeyd edilib.




