7 aprel 2026-cı il tarixində Cəlilabad şəhər “Mişar çay” ərazisində Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “7-Aprel Ümumdünya Sağlamlıq Günü” ilə əlaqədar “Sağlam həyat-güclü cəmiyyət” adlı təmizlik aksiyası keçirilib.
Aksiya zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının fəalları “Mişar çay” ərazisində təmizlik işləri apararaq aksiyada iştirak ediblər.




