17 iyun 2025-ci ildə ADPU-nun Cəlilabad filialı və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Rayon Veteranlar təşkilatının sədri, Azərbaycan Yazıçılar birliyinin və Jurnalistlər birliyinin üzvü, şair-publisist Ədalət Salmana “Prezident Təqaüdünün verilməsi” münasibətilə görüş keçirilib.
Tədbirdə ilk olaraq Ulu Öndərin və Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Qarabağ Qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Cəlilabad RİH yanında İctimai şuranın sədr müavini Rza Əliyev, əmək və müharibə veteranları, şair və yazıçılar, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Ədalət Salmanı Prezident Təqaüdünün alması münasibətilə təbrik edib. Onun “Açın bu dünyanın qapılarını”, “Bu dünyada yaxşılıqlar qalacaq”, “Məni tənha buraxın”, “Gəl dərdləşək”, “Gedək,bəxtim əlini ver” və “İlahi,sən bizi sözə bağışla” şeir kitablarının, “Şərəfli ömür yolu” və “Şəhidlik zirvəsinə ucalanlar” publisistik kitablarının müəllifi olduğunu vurğulayaraq yaradıcılıq fəaliyyətində uğurlar arzu edib.
Daha sonra Qarabağ Qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Cəlilabad RİH yanında İctimai şuranın sədr müavini Rza Əliyev, Azərbaycan Yazıçıları birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Zülfi Vellidağ, Veteran müəllimlərdən Kəramət Həsənov, Adıgözəl Nuriyev, Biləsuvar rayon şair-publisisti Əhməd Qala və başqaları çıxış edərək Prezident Təqaüdçüsü Ədalət Salmanın eyni zamanda Cəlilabad RİH-nin Fəxri Fərmanı, Respublika Mətbuat şurasının Təşəkkürnaməsi, Azərbaycan Jurnalistlər birliyinin Diplomu mükafatçısı olduğunu bildirərək uğurlarının davamlı olmasını arzu ediblər.
Tədbirin davamında Prezident Təqaüdçüsü Ədalət Salman tədbir iştirakçılarına xoş sözlərinə, təbriklərə görə öz təşəkkürünü bildirib və yeni şeirlərini səsləndirib.
Sonda isə tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.
