27 aprel 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı və Psixoloji xidmət və reabilitasiya mərkəzi arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb.
Memorandum ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı və Psixoloji xidmət və reabilitasiya mərkəzinin rəhbəri A.Kərimli tərəfindən imzalanıb. . Əməkdaşlıq Memorandumunun imzalanmasının əsas məqsədini psixologiya üzrə təhsil alan tələbələrə bu sahədə bacarıqlarını inkişaf etdirmə və bu elmə aid biliklərin daha da dərindən formalaşdırılması təşkil edib.




