15 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2026/2027-ci tədris ilinin başlanması münasibətilə “Bilik günü” tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.V.Muradlı, müvafiq struktur bölmə rəhbərləri, əməkdaşları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyətini, tələbələri, valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Daha sonra Tədris və Elmi işlər üzrə direktor müavini E.V.Muradlı I tədris ilinin tələbələrinə uğurlar arzulayıb . Filialımızın baş müəllimləri A.İbişov, Ə.Mirzəzədə, Respublikanın əməkdar müəllimi İ.Bağırov, Yazıçılar və jurnalistlər birliyinin üzvü, qızıl qələm laureatı, şair Əfrail Abbas, tələbəmizin valideyni, xanəndə Babayev Akif öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin davamında Təhsildə sosial-psixoloji xidmət ixtisasına 504 bal ilə qəbul olan Süleymanlı Fatimə, İbtidai sinif müəllimliyi ixtisasına qəbul olan Mirzəzadə Səlma, Məktəbəqədər təhsil ixtisasının II tədris ilinin tələbəsi Məmmədli Gülay çıxış edərək digər tələbə yoldaşlarına da bu yolda uğurlar arzu ediblər.
Tədbirin sonunda yüksək bal toplayan tələbələr filial direktoru, dosent X.H.Sultanlı tərəfindən hədiyyə ilə təltif olunublar .
Bayramlı Aygün Talıb qızı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ” 556 bal”
Tarverdiyeva Türkan Nəsimi qızı İbtidai sinif müəllimliyi ” 552 bal “
Bayramova Aysun İntiqam qızı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi “505 bal “
Süleymanlı Fatimə Əfqan qızı Təhsildə sosial-psixoloji xidmət “504 bal”




